Namiq Qafarov ?mazın-zou?dakı ikiüzlülükdən danızdı

img

22-09-2009 [03:43]


?Murad Dadaşov bir şeyi səhv dedi. O, dedi ki, guya mən şoudan səhhətimlə bağlı getmişəm. Mənim ?maşın-şou?dan getməyim səhhətimlə bağlı deyil.Mən çox möhkəm oğlanam. Səhhətim çox da vacib deyildi. Mən özüm bilərəkdən bu sözü ortaya atdım. Lazım olsaydı, dərman qəbul edib yenidən maşın ətrafında dayana bilərdim. Şükür olsun ki, mən zabit adamam, lazımı möhkəmlik var məndə. Sadəcə olaraq, orada baş verən iyrənc oyunlara dözə bilmədim. Yalvarırdım ki, günlər tez gəlsin. Mən burdan çıxıb gedim. Vəssalam?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Maşın realiti-şou?sunu tərk edən Namiq Qafarov söyləyib. O bildirib ki, onun məqsədi Ramalı başa salmaq idi: ?Onu başa saldım ki, sən uşaqsan. Bilmirsən burda nə baş verir. Bilməyə-bilməyə də danışırsan. Adam bilmədiyi şey haqqında kimisə şərləməz. Otur oyna, özün də ayıq ol. Mən səni çıxarmıram, qal. Böyüklük göstərdim ki, bəlkə səhvini başa düşə. Düzdür, səhvini başa düşəcək. Amma ?Maşın-şou? başa çatandan sonra. Onda da gec olacaq. O, iç üzünü göstərdi. Ona qıraqdan fitva verənlər var. Mənim getməyim onu göstərdi ki, maşını istəmirəm. Buna baxmayaraq, mübarizə aparırdım. Deməli, kiməsə görə bir balaca sinəmi qabağa verdim. Bu da dostluqdan irəli gəlir. Əgər mən iki üzlü olsaydım, qalıb maşını götürərdim. Ramalın yerinə olsam, əlimi götürüb gedərdim. Onunsa heç nə vecinə deyil. Dedim ona qal heç olmasa, hərəkətlərindən utan. Belə də oyun olar? Bütün günü bir-birinin ardınca danışırlar. İki istiqamətdə oyun oynayırlar. Hətta maşını bölmək dərəcəsinə qədər söhbətlər gedir. Bir-birinə qonaqlıq da boyun olanlar var. Dedim ki, mənə heç nə lazım deyil. İstəyirsiniz sizə şirinlik verim. Onu da yozdular başqa istiqamətə. Mən axı nəyə görə kiməsə pul təklif edirəm. Elə həmin pulu özümə maşın alaram. Bəyəm pulum çoxdur? Ramal kişi kimi hərəkət edə bilmədi. Qıza qarşı çıxdı. Əvvəla Günel Məhərrəmova onu vurmaq istəmirdi. Hədəf başqa adam idi. O isə qorxusundan əl-ayağa düşdü ki, ay cammat mənə SMS göndərin. Ramal ümumiyytələ, düz oynamır. Təkcə Ramal deyil, bir çoxları var ki, doğrudan da iki üzlülük edir. Hamı bilir ki, maşın kimindi?. Onu bildiyiniz halda niyə bir-birinizi təhqir edirsiniz? Bu suala Namiq qardaşın cavabı belə oldu: ?Məsələ də burasındadır. Ramal qruplar arasında gəzir. Əvvəla birinci qrupda idi. Sonra ordan ikinciyə qaçdı. Adını da qoydular satqın. Səidə dedi ki o, satqındı, onunla danışmayın. Bütün günü Səidənin otağında pişik Günelin arxasınca danışırdı. Efirdəsə deyirdi ki ?Günel mənim dostumdu?. Bu ikiüzlülük deyilsə bəs nədir? Teymur Əmrah öz nalayiq hərəkətlərinin qurbanı oldu. O, Əlinin otağında Nurlan Növrəsliyə butulka qaldırıb. Əli dedi ki ?mənim ondan zəhləm gedir. Şəklimi atın Teymuru çıxardacam?. Bu dəm Günel də gəldi ?Əli düz deyir Teymur mənim otağımda nalayiq sözlər danışır. Adını da müəllim qoyub. Heç müəllim də belə tərbiyyəsiz söyüşlər verər. Əli müllim mən də sizə dəstək verəcəm?. Teymur da elə başa düşdü ki, guya onu rəhbərlik təşkil edib. Sən özünü apara bilmirsənsə, buna rəhbərlik neyləsin. Əlikram Bayramov şoudan çoxdan getməliydi. Amma bizim ona yazığımız gəldi. Dedik ki, qoy bir az qalsın. Əlikram da gəlib məndən üzr istədi. Bunu da Ramal etmişdi. O, yalandan cibinə yazı yazılmış kağız atmışdı. Adını da qoydu ki, guya onu kimlərsə cibinə atıb. Çalışır ki, hamının arasını vursun. Hamının arasını Ramal vurur. İkiüzlü adam isə oradan tezliklə gedəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA