Sultan Mustafayev: ?Mən Azərbaycana əsl prodüsserlik gətirmizəm?

img

21-09-2009 [03:59]


Bügünkü müsahibimiz ?Avropa prodüsseri? adı ilə tanınan ?SULTAN Production?un rəhbəri Sultan Mustafayevdir. İndiyə qədər Avropa ölkələrində yerli şou-biznes nümayəndələrinə dəfələrlə konsert təşkil edən Sultan bəy suallarımızı cavablandırdı. [b]- ?Sultan Production?-u genişlətmək yönündə hansı addımları atırsınız?[/b] - Sultan Production oktyabr ayında Bakıda ofisini açacaq. Hal-hazırda təmir gedir. Həmin ofisdə gənclərə prodüserlik kursları keçiriləcək. Bundan əlavə Ukraniya və Rusiyada ofislərimiz açılacaq. Bizim esas missiyamız Avropada Azerbaycanı layiqince teblig elemekdi. [b]- Yeni nə projeləriniz var?[/b] - Oktyabr ayının 11-də Sultan Production-un 1 yaşı olur. Bununla əlaqədar Hollandiyada konsert təşkil olunacaq. Bu xəbəri ilk dəfə olaraq sizə deyirem. Həmin tədbirdə Flora Kerimova, Elza Seyidcahan, Vaqif Şıxəliyev, Ziyafət Yaqubova, ?Xalq Ulduzu? Tural, ?Azəri star?ın qalibi Günel Məhərrəmova və başqa qonaqlarım olacaq. Çox güman dekabrda Bakıda konsert təşkil edəcəyik. Bundan əlavə televiziyaların birində yeni bir veriliş və yarışma ilə tamaşaçıların önünə çıxacağıq. Planlarımız çoxdur [b]- Sezen Aksuyla İstanbulda təkbətək görüşünüz olub?[/b] - Bəli, bu yaxınlarda Sezen xanımla görüşmüşəm. Ortaq bir dostumuz var o bizi görüşdürüb. Görüş haqqında hələki heçnə deməyəcəyəm. Qoy sürpriz olaraq qalsın. [b]- Mətbuata verdiyiniz açıqlamada Aygün Kazımovanın Avropada konsert verməsinə ?zapret? qoyduğunuzu demisiniz, buna səbəb nədir?[/b] - Mən ?SULTAN Production?un sahibi və Avropada yeganə azərbaycanlı təşkilatçı olaraq demişəm ki, ona konsert teşkil eləmərəm. Mən öz azad fikrimi bildirmişəm. Kim necə yozubsa öz işidir. Mən Allah deyiləmki kiməsə ?zapret? qoyum. [b]- ?Avropa Prodüseri? Azərbaycanda özünə kimi rəqib görür?[/b] - Heç kimi. Mən Azərbaycana əsl prodüsserlik gətirmişəm. Çünki mən məktəb keçmişəm. Mən disk daşımıram. Mən kiminsə hesabına gündəmdə deyiləm. Mən yalnız öz işimlə məşğulam. Amma başqalarına baxsaz bilərsiniz kim nədir? [b]Hacıbəy Heydərli[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA