"Heykəllər xiyabanına toplanacaq əsərlərin siyahısının müəyyənləzdirilir"

img

19-09-2009 [12:24]


Mədəniyyət və Turizm Nazirliyi prezident İlham Əliyevin "Monumental və heykəltəraşlıq abidələrinin qorunması" barədə sərəncamına uyğun olaraq ölkə ərazisində araşdırmalara başlayıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS-ə açıqlamasında yaradılması nəzərdə tutulan Heykəllər xiyabanına toplanacaq əsərlərin siyahısının müəyyənləşdirildiyini bildirib. Onun sözlərinə görə, əgər hər hansı nümunənin incəsənət, yaradıcı nöqteyi nəzərindən əhəmiyyəti varsa, onlar xüsusi ayrılmış yerə toplanacaq. ?Əgər bunun əhəmiyyəti yoxdursa, onda Bakı şəhər İcra Hakimyyəti xüsusi bir yer ayıracaq. Artıq götürülmüş Karl Marks, Məşədi Əzizbəyov, Çaparidzenin heykəlləri müəyyən yerdə saxlanılır. Parkın yeri bəll olandan sonra bu abidələr ora yerləşdiriləcəklər?, -deyə nazir qeyd edib. Ə.Qarayevin sözlərinə görə, park insanların gəliş-gedişi üçündə açıq olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA