Şuza Teatrı ?Ağ qayıq?la aksiyaya gedəcək

img

18-09-2009 [04:33]


Şuşa Dövlət Teatrının kollektivi səfərdən qayıdıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən teatrın direktor müavini Azad Əliyevin sözlərinə görə, səfər çərçivəsində kollektiv Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarında olub. A.Əliyevin sözlərinə görə, teatr, bu rayonlarda Elnarə Abdullayevanın ?Ağ qayıq? və ?Gözəlləri necə qaçırırlar? tamaşaları ilə çıxış edib. Direktor müavini bildirib ki, hazırda teatrda qızğın məşqlər gedir. Amma bu dəfə teatr kollektivi yeni əsərin təqdimatına deyil, Mədəniyyət və Turizm Nazirliynin ?Yaddan çıxmaz Qarabağ? adlı aksiyasında iştirak etmək üçün hazırlıqlar görür: ?Nazirlik ?Yaddan çıxmaz Qarabağ? adlı incəsənət həftəsi keçirir. Hazırda teatr həmin aksiyaya hazırlaşır. Aksiyada bizim teatr ?Ağ qayıq? tamaşası ilə çıxış edəcək. Tamaşa Musiqili Komediya Teatrında təqdim olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA