Natiqlər müsabiqəsinin ikinci mərhələsi baza çatıb

img

18-09-2009 [03:49]


;n Azadlıq Hərəkatçıları Birliyinin layihəsi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə keçirilən Natiqlərin 1-ci Ümumrespublika müsabiqəsinin 2-ci mərhələsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri ?Azad Hərəkatçılar? İctimai Birliyinin sədri Təhmasib Novruzov açaraq, 1-ci turda iştirak edən 62 nəfərdən 36 nəfəri 2-ci mərhələdə iştirak etmək hüququ qananmışdır: ?2-ci tura həmin iştirakçılardan 32 nəfər qatılmış, onlardan 18 nəfəri daha yüksək istedad nümayiş etdirərək 3-cü mərhələdə iştirak hüququ qazanıb. Ən yüksək bal toplayan isə (iki turun nəticələrinə görə, cəmi toplam 1035 bal) Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi, müsabiqədə elmi-publisistik nominasiyasının qalibi olmaq uğrunda mübarizə aparan Əliyev Emindir?. T.Novruzov bildirib ki, 36 nəfər 2-ci tura vəsiqə qazanıb: ?31 nəfər 2-ci turda iştirak etdi. 2-ci turun nəticəsi olaraq, ən çox bal toplayan 18 nəfər iştirakçı yekun tura vəsiqə qazanacaqdır. İştirakçıların hər biri müxtəlif nominasiyalar üzrə 1, 2 və 3-cü yerləri tutmuş hesab olunurlar. 1, 2 və 3-cü yerlər isə yekun turda müəyyənləşəcək. Münsiflər isə 7 nəfər təşkil edirdi. Afaq Qurbanova, Əliyar Səfərli, Ofeliya Sənani, Əli Məmmədov, Vahid Sənani, Kəmalə Abıyeva və Dilarə Vəliyeva məhz münsif üzvüləri idi. Müsabiqənin 3-cü mərhələsi isə oktyabrın əvvəlində başlanacaq. Noyabr ayının sonunda keçirilməsi nəzərdə tutulan 3-cü turda müsabiqənin qalibləri müəyyən ediləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR