Oranjimançılar Xanım ismayılqızının gözünü yolda qoyub

img

17-09-2009 [04:53]


Bəstəkar xanım İsmayılqızının ?Xan? qrupu ilə birlikdə diski işıq üzü görəcək. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı bəstəkarın özü verib. Qeyd edək ki, ?Xan? qrupunu bəstəkarın özü yaradıb. Onun sözlərinə görə, bu qrupla birlikdə 9 mahnı işləyiblər: ?Biz yeni disk üzərində işləyirik. Hazırda 9 mahnı yazmışıq. Üzərində işlədiyimiz 10-cu mahnı mənə aiddir. Disk hazır olandan sonra təqdim olunacaq. Çox güman ki, bu disk yaxın aylarda işıq üzü görəcək?. X.İsmayılqızının sözlərinə görə, o, xalq artisti Brilliyant Dadaşova ilə yeni layihəyə imza atıb: ?Brilyant xanımla iş birliyimiz var. Mahının sözləri Cəlal Qurbanovundu. Mahnı belə adlanır - ?Yoruldum?. Hazırda mahnı Türkiyədə oranjimandadır. İnanıram ki, bu mahnı hər iki ölkənin musiqisevərləri tərəfindən rəğbətlə qarşılanacaq. Bundan başqa xalq artisti Aygün Kazımova ilə bir mahnı yazmışıq. Neçə aydır ki, mahnı oranjimana verilib. Mahnı ?Sən gəlmədin? adlanır. Mahnının sözləri Səlahəddin Quliyevindi?. Yeni mövsümə təzəcə start verən bəstəkarın yaradıcılığı bitib-tükənmir. O, xalq artisti Naspəli Dostəliyeva ilə iki mahnı üzərində işləyir: ?Əslində bu mahnılar çoxdan təqdim olunmalı idi. Amma oranjimançıların ucbatından bütün işlər yubanır. ?Qayıt geri? və ?Xəyanət? adlı mahnıların sözləri İsmayıl Dadaşovundu?. X.İsmayılqızı onu da bildirdi ki, çoxdandır ki, mahnılarından ibarət yaradıcılıq gecəsi keçirmək fikrindədi. Amma üzərində işlər gedən mahnılar yekunlaşmadığından onun bu arzusu reallaşmır: ?Bu gecə mütləq keçiriləcək. Artıq ilin başa çatmasına üç ay qalıb. Bu il olmasa, gələn il belə bir möhtəşəm gecə baş tutacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA