Əli Mirəliyev: ??Mazın-realiti zou?sunda çirkin oyunlar gedir, mən də onun qurbanı oldum?

img

16-09-2009 [04:59]


?Nurlan Növrəsli məni ?Maşın-realiti şou?sundan Əli Quliyevin sifarişi ilə uzaqlaşdırdı. O, birinci gündən məni gözü gütürmürdü. Bilirdi ki, maşını mən aparacam. Onun üçün də məni çıxarmaq istəyirdi. Amma təşkilatçılar qoymadılar. Amma o, bu istəyini başqasının əli ilə həyata keçirdi. O, cavan olsa da, yalandan özünü böyük kimi aparır. Guya böyük-kiçik yeri biləndi. Əslində isə o, böyükləri baltalamağa belə hazırdı. Onun sifətinin sayı-hesabı bilinmir. Mən seyidəm, Allah bunu ona bağışlamayacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə müğənni Əli Mirəliyev ?Maşın-realiti şou?sundan kənarlaşdırılandan sonra deyib. ?Mənə dövlət tərəfindən heç nə verməyiblər. Dedim ki, bəlkə burada gətirər. Amma mərdimazlar bunu mənə çox gördülər. ?Maşın-realiti şou?su şou deyil, real həyatdır. Çox ağır və qəliz bir oyundur. Orada həddindən artıq çirkin oyunlar gedir, mən də onun qurbanı oldum. Qruplaşmalar var. Hərəsi bir insana qulluq edir. Mən bütün bunların şahidi oldum?,- deyən Ə.Mirəliyev bəzi iştirakçıların adamın üzünə gülə-gülə evini yıxdıqlarını bildirib. Müğənni Nurlan Növrəslidən incidiyini də qeyd edib: ?Onun haqqında gözəl fikirdəydim. Gözəl ifası var, hər dəfə tərifləyirdim onu. Axırıncı dəqiqəyə kimi fikrini bildirmədi, gizlətdi. Əgər o, desəydi ki, ?mən Əli Mirəliyevi hədəf götürmüşəm? heç kəs ona səs verməyəcəkdi. Verənlər də getsinə səs verəcəkdi. O, uşaqlığı ilə camaatı aldatdı. Qərarını isə xal yığandan sonra bildirdi. Onun bu hərəkəti Muradı da şoka saldı. Onun da cəsarəti çatıb deyə bilmədi ki, mən Əlinin sifarişini yerinə yetirdim. Hər layihənin rəhbəri var, onların maraqları var. Mən bu şouya getmək istəmirdim. Murad bir həftə yaxamdan tutdu ki, sən gəl bu şouda iştirak et. Dedim ki, xəstəyəm, özü də şou-biznesi səhərdən axşamacan danlayıram, iradları üzlərə deyirəm. Bunlar məni qoymayacaqlar, tez çıxardacaqlar. Dedi ki, yox Əli müəllim mən səni dəstəkləyəcəm. Buna söz verirəm?. Ə.Mirəliyev onun getməsinin şounun reytinqinə mənfi yöndə təsir edəcəyini də vurğulayıb: ?Çünki mən o şounu doğrudan da şouya çevirirdim, hamı mənə görə o verilişə baxırdı. Artıq veriliş 50 faiz tamaşaçısını itirdi. Hamı deyirdi ki, Əli orada iştirak edir, görək nə deyəcək. Nurlan səhv etdi. O, bu hərəkəti ilə bir daha sübut etdi ki, şou-biznesdə böyük-kiçik yoxdur. Mən bu hərəkəti Əli Quliyevdən savayı Əlikamdan da gözləyirdim?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA