Nailə Mirməmmədli-Röya layihəsi yenidən gündəmə gələcək

img

16-09-2009 [03:01]


Bəstəkar Nailə Mirməmmədli müğənni Röya ilə yenidən tamaşaçıların görüşünə gələcək. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat verən bəstəkarın sözlərinə görə, sözügedən layihə Heydər Əliyev Sarayında baş tutacaq. ?İlk mərhələdə Röya ana olsun. İnşallah bir layihə var. Onunla birlikdə yenidən konsert vermək istəyirəm. O, konsertdə həm yeni mahnılar, həm də populyar sənətçilər iştirak edəcək. ?Ulduzlu nağıl? adlı solo konsert layihəsində mən ancaq tamaşaçı kimi oturacam. Düzdür, Röya sözsüz ki, həmin konsertlərdə Hikmətlə mənim yaradıcılığımı kənarda qoymayacaq. Məhz bu konsert üçün Gülağa Tənhanın yaradıcılığından olan ?Ağlama? adlı mahnı səslənəcək. Bəstəkar bildirdi ki, hazırda xalq artisti Faiq Ağayevlə bir neçə mahnı üzərində iş birliyi qurub. Müğənni Abbasa da yeni mahnılar yazır. Bundan başqa isə xalq artisti Mələkxanım Əyyubova ilə Mirkamilin bircə dueti yazılır: ?Hikmətin hələ səslənməmiş mahnıları var. Şübhəsiz ki, bunların hər biri vaxtı çatdıqca səslənməlidi. Bir neçə gənc ifaçılar var ki, onlar üçün məxusi mahnılar yazılıb. Təbii ki, bu mahnılar hamısı öz sahiblərinə çatmalıdı?. N.Mirməmmədli onu da bildirdi ki, orucluq ayında onun ən çox üz tutduğu məkan studiyalar deyil, müqəddəs ziyarətgahlardı: ?Adətən orucluq ayında bütün sənət adamları yolunu səsyazma studiyalarından salır. Mənsə ziyarətlərə çox gedirəm. Biz il boyu işləyirik. Bir ayda tanrının qoyduğu yola riyayət etsək məncə doğru olar. Məhz bu ay Allahın dərgahı açıq olan bir aydı. Mən bütün insanalara ilk öncə can sağlığı arzu edirəm. Çünki can sağlam olmadan heç nə etmək olmur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA