?26-lar bağı?nın ?Hürriyyət? adlanması üçün prezidentə və parlamentə müraciət edilib

img

15-09-2009 [03:12]


Bu gün Azərbaycan Media Mərkəzində ?Türk Hərəkatı? İctimai Birliyinin təşkilatçılığı ilə Bakının qurtuluşunun 91-ci ili ilə bağlı dəyirmi masa təşkil edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Türk Hərəkatı? İctimai Birliyinin sədri Həbib Ələkbərov bildirib ki, təşkilat yarandığı gündən Bakının işğaldan azad olunması ilə bağlı müntəzəm tədbirlər keçirir. Onun sözlərinə görə, hamımız Nuru paşnın xidmətlərini yüksək qiymətləndirməliyik: ?Nuru paşa təkcə, Bakını azad etməkdə yox, həm də dövlətçiliyimizin bərpasında böyük xidmətləri olan şəxsiyyətdir. Biz təşkilat olaraq, çalışırıq ki, Nuru paşadan başqa, digər tarixi şəxsiyyətləri ? Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Mürsəl paşa, Şövkət bəyi - unutmayaq və təbliğat işləri aparaq?. H.Ələkbərov deyib ki, onlar ?26-lar bağı?nın adının dəyişdirilib ?Hürriyyət bağı? ilə əvəzlənməsini və orada Şərəf abidəsinin ucaldılması ilə bağlı ölkə başçısına və parlamentə müraciət ediblər. Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri Halis bəy Koyunçuoğlu da 15 sentyabr tarixinin hər iki dövlət üçün şərəfli gün olduğunu deyib. Onun sözlərinə görə, həmin vaxt türk ordusu 15 gün də geciksəydi, indi Bakı başqasının idi: ?Osmanlının davamı kimi Türkiyə hökuməti üçün Çanaqqala necə əhəmiyyətli idisə, həmin vaxt Bakı da o dərəcədə əhəmiyyətli idi. Bakının qurtuluşu bu coğrafiyanın yenidən dəyişməsinə səbəb oldu. Nəzərinzə çatdırım ki, Türkiyə həmişə Azərbaycanın yanındadır. Biz dost yox, qardaş ölkəyik. Qardaş qardaşa heç vaxt arxa çevirməz. Hesab edirəm ki, bu cür tədbirlər daha intensiv xarakter almalıdır. Mən, böyük elçimiz Hulusi Kılınçın adından sizləri təbrik edir və belə təbirlərin keçirilməsində minnətdarlıq hissini bildirirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA