Baloğlan Əzrəfov Faiq Sücəddinovu ?duel?ə çağırdı, Elçin Əlibəylini isə məhkəməylə hədələdi

img

15-09-2009 [02:45]


?Mən, ?El içində? verilişinin aparıcısı Elçin Əlibəylini məhkəməyə verib, həbs etdirə bilərəm. O, çəkdiyi verilişə baxmır ki, Baloğlan Əşrəfov həmin verilişdə nə deyib? Onlar mənim sözlərimi təhrif edib, çığır-bağır salırlar. Əvvəla, ay Faiq Sücəddinov, sən axı kimsən ki, mənə qadağa qoyursan? Sən yaxşı bəstəkarsansa, Azərbaycan xalqı üçün ürəyin yanırsa, niyə vətənini atıb pul ardınca Kiprə getdin? Burda qalıb Azərbaycan musiqisinin təssübbünü çəkəydin də?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında əməkdar artist Baloğlan Əşrəfov ?El içində? verilişində ünvanına səslənən fikirlərə münasibət bildirərkən deyib: ?Mənim sözümün mənbəyinə çatmamış ünvanıma danışdılar. Mən kiməm ki, Üzeyir Hacıbəyov və onun sənəti haqqında mənfi danışım? Mən, Üzeyir Hacıbəyovun qarşısında baş əyirəm. Bizim bir sənətçimiz var-Ruhəngiz Qasımova, mənim üçün ?Arşın mal alan? ariyasını oxuyur. Amma o, hələ də bilmir ki, mən onların hamısını oxumuşam. Mən, bunu həmin xanıma isbatlaya bilərəm. Bütün bunlar Elçin Əlibəylinin məsuliyyətsizliyindən irəli gəlir. Bir başa efirdə deyir ki, Baloğlan Əşrəfov Üzeyir Hacıbəyovu bəyənmir. Amma adam belə məsuliyyətsizlik etməz. Həmin lenti alıb bir başa məhkəməyə təqdim edə bilərəm. Çünki mən belə bir söz deməmişəm və onlar bunu sübut edə bilməzlər. Mən demişəm ki, bizim tanınmış şəxsiyyətlərimiz Sovet hökuməti dövründə repressiyaya məruz qalıb, onları Sibirdə məhv ediblər?. Üzeyir Hacıbəyovu dahi bəstəkar sayan əməkdar artist deyib ki, bəzi notlap mütləq Avropa notlarına uyğunlaşmalı idi: ?Üzeyir Hacıbəyov da həmin notları Avropaya uğyunlaşdırdı. Bunlarsa efirdə bu fikirlərə başqa don geydirirlər. Faiq Sücəddinov isə özünü mədəni, aristokrat şəxs kimi göstərməyə çalışır və deyir ki, mən mahnı satmıram. Amma yalan deyir. O, mənim toya apardığım bir xanım müğənniyə 5 min manata mahnı sırımışdı. Hələ Ruhəngiz Qasımovanı demirəm. Bir vaxtlar o, məni evinə apardı və qarşıma 10 mahnı qoyub, yalvardı ki, bunların birini oxuyum. Dedim ki, ay Rühəngiz xanım, məni öldür, amma bunu məndən xahiş etmə. Çünki onun yazdıqları mənim zövqümə uyğun deyildi. İndi isə utanmır və efir vasitəsiylə mənə deyir ki, get, öz zonanda oxu. Görəsən, Azərbaycanı regionlara bölmək haqqını ona kim verib??. F.Sücəddinovu Bəstəkarlar İttifaqında qayda-qanun yaratmağa səsləyən Baloğlan Əşrəfov deyib ki, həmin bəstəkarın cəsarəti çatırsa, gəlsin çıxaq Azərbaycanın rayonlarına: ?Görək xalq onu tanıyır, yoxsa bəyənmədiyi Baloğlanı? Faiqi tanıyan, bilən var ki, o, kimdir, nəçidir?. Verilişdə ünvanına səslənən fikirlərə görə Elçin Əlibiyəlini ittiham edən müğənni deyib: ?O, məni verilişə dəvət etsə də, getmədim. Bu səbəbdən də belə bir oyun çıxardı. Mən müğənniyəm və kimin mahnısını istəsəm oxuyuram. Faiq Sücəddinovun yazdığı mahnıları isə oxumuram. Çünki zövqümə uyğun deyil. O da gördü ki, yazdıqları cəmiyyəti maraqlandırmır Kiprə getdi. Orada bir müddət qaldı və gördü ki, yox, orda da işləri getmir, yenə üz tutdu bura. Bir-iki mahnı yazdı ki, bəlkə gündəmə gələ... Mənim Yaşıl Teatrda konsertim keçirildi. Həmin konsertdən əldə olunan vəsaitdən o da evinə pul apardı. Əgər Baloğlan pisdirsə, onun hesabına gələn pulu niyə evinə apardı? Mən belə adamların danışıqların özüm üçün əyləncə sayıram. Nə onların səviyyəsinə enirəm, nə də onlarla bir məclisdə otururam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA