Elzən Dadazov: ?Nömrə 1? yarızmasından heç nə gözləmirəm?

img

14-09-2009 [03:17]


Qarmon ustası Elşən Dadaşov Amerkada keçiriləcək beynəlxalq musiqi festivalına dəvət alıb. Bunu Müstəqil İnformasiya Agentliyinə ifaçının özü deyib. ?Bu festival Amerikanın ?Karvan? radiosunun prezidenti Barış Zavedovun təşkilatçılı ilə keçirilir. Özü də hər il. O, festivala bütün dünyadan musiqiçilər dəvət edir. Keçən il mənə həmin festivaldan dəvət gəlmişdi. Amma bəzi səbəblərdən mən həmin festivalda çıxış edə bilmədim. Bu ilsə həmin festivalda mütləq çıxış edəcəm?. E.Dadaşovun sözlərinə görə festivalda Nyu-York, Daşkənd, Osancilis, Fransa, Almaniya kimi ölkələrin məşhur musiqiçiləri qatılacaq: ?Azərbaycanı isə həmin festivalda mən təmsil edəcəm. Çox güman ki, mən festivala tək deyil, bir neçə musiqiçiylə gedəcəm. Mən o festivalda Azərbaycanı dövlət xəttiylə təmsil etməyəcəm. Şəxsən dəvət mənə gəlib. Umumiyyətlə, dövlət xəttiylə mən hələ heç bir festivala, ya da hər hansı bir mərasimə qatılmamışam?. Qeyd edək ki, festival ayın sonlarında baş tutacaq. Qarmon ustası onu da bildirdi ki, Gürcüstanın tanınmış sənətçisi Eka ilə bir neçə layihə işləyəcək. Bundan başqa yeni mahnılar yazdıran qarmon ifaçısını yeni mövsümdən etibarən yerli rejissorların ekranlaşdırdığı seriallarda da görəcəyik. E.Dadaşov dedi ki, tamaşaçılar onu ATV-nin köhnə layihələrindən olan ?nömrə 1? yarışmasında da görəcək. Amma buna baxmayaraq, sənətçi həmin layihəyə böyük ümüdlər bəsləmədiyini dedi: ?SMS yaraşmalarına qoşulmamışam. Emin Musəvi dostumdu. O dəvət etdi, mən də qırmadan razılıq verdim. İlk dəfədir ki, musiqiçilər bu yaraşmaya qatılır. Əgər getməsəm deyərlər ki, qorxdu. Mənim sənətim var. Qoy hamı bu sənəti görsün. Ola bilər ki, mən birinci yeri tutmayım. Amma bu məğlubiyyət deyil. Nə qədər müğənni olar. Hər yerindən duran oxuyur. Oxumaqları da göz qarşısındadı. Bütün dünyada musiqiçilərə maraq var. Biz də isə bir müğənnilərdən tutub gedirlər. Ölkədə çox istetadlı musiqiçilər var. Hansı onları tanıyan belə yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA