Muğam Teatrı Şəfiqə Axundovanın yaradıcılıq gecəsinə hazırlazır

img

12-09-2009 [02:00]


Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın yaradıcılıq gecəsi keçiriləcək. Muğam Teatrının direktoru Arif Qazıyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, Şəfiqə Axundovanın yaradıcılığına həsr olunmuş gecə Muğam Teatrının yeni mövsümdə ilk tədbiri olacaq: ? Şəfiqə Axundova Azərbaycanın ilk opera yazan qadın bəstəkarlarından biridir. Gözəl mahnıların, əsərlərin müəllifidir. Son vaxtlar isə xəstədir. Düşünürük ki, tədbiri kekçirməklə ona hansısa köməklik etmiş olarıq?. Direktor onu da bildirib ki, bəstəkarın yaradıcılıq gecəsi sentyabrın 19-da Muğam Teatında baş tutacaq. Gecədə bəstəkarın mahnalırını ifa edən sənət adamları da iştirak edəcəklər. Bundan başqa, tədbirə onun sənət dostları, elm adamları, ziyalılar və aktyorlar da dəvətlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA