Yazıçılar Birliyində məhkəmə qalmaqalı

img

12-09-2009 [01:55]


Bir neçə gün öncə ?Azadlıq? qəzetində ?Körpü? jurnalının baş redaktoru Əsəd Cahangirin vəzifəsindən azad olunması haqqında xəbər dərc olunmuşdu. Bu barədə məlumat verən Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Əsəd Cahangirin əxlaqdankənar hərəkətlərinə görə vəzifəsindən azad olunduğunu bildirmişdi. Baş verənləri aydınlaşdırmaq üçün Əsəd Cahangirə müraciət etdik. Ə.Cahangir Ədalət Əsgəroğlu haqqında məhkəməyə şikayət hazırladığını bildirdi: ?O, ya təkzib verib üzr istəməlidir, ya da məhkəmədə üz-üzə gələcəyik. Onun söylədikləri yalandır və bu adam çıxışı ilə məni təhqir edib. Hansı əxalaqdankənar hərəkətdən söhbət gedə bilər ki, ?Körpü? jurnalı ildə bir neçə dəfə nəşr olunur və mən ?Azərbaycan? jurnalından fərqli olaraq bu dərgidə ştatda deyiləm. Ona görə də işdən çıxarılmağım haqqında fikirlər doğru deyil?. Ə.Cahangir Ə.Əsgəroğlunun çıxışına görə Yazıçılar Birliyinin sədri Anara da müraciət edəcəyini dedi: ?Çünki Ədalət Əsgəroğlu birliyin adından çıxış edib, şəxs olaraq danışmayıb. Düşünürəm ki, Yazıçılar Birliyinin sədri bu adam haqqında ölçü götürməlidir?. Amma Ədalət Əsgəroğlu qarşı tərəfin məhkəməyə müraciətindən narahat deyil: ?Mən sentyabrın 2-də Yazıçılar Birliyinin katibliyinin hazırladığı və sədr Anarın imzaladığı 26 saylı qərarda yazılanları mətbuata demişəm. Qərarda ?Körpü? jurnalının baş redaktoru Əsəd Cahangirin iş yoldaşlarına qarşı əsasən qeyri-etik hərəkətlərə, təhqirlərə yol verdiyinə görə işdən çıxarılması və sonuncu dəfə xəbərdarlıq etməklə şiddətli töhmət verilməsi göstərilib. Konkret olaraq, onun Elçin Hüseynbəyli, Bəsti Əlibəyli, Səlim Babullaoğlu, Aydınxan və jurnalın mühasibi ilə davranışlarındakı hərəkətləri dözülməz hala çatmışdı. Əgər inanmırsınızsa, adlarını xatırlatdığım yazıçılardan soruşun. Bir dəfə də ondan bu cür şikayət olmuşdu, onda mən məsələyə müdaxilə edib onun bağışlamasını istəmişəm. Çünki o, istedadlıdır. Amma bu dəfə müdafiə edə bilmədim. İkincisi, ?Körpü? jurnalı birliyin qurultayında təsdiqlənibsə, ştatsız necə fəaliyyət göstərə bilər??. Bizim Yol

Digər xəbərlər
SON XƏBƏRLƏR