Beynəlxalq Diaspor Mərkəzinin sədri beynəlxalq konfransda iztirak edib

img

11-09-2009 [04:58]


Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Belarusda səfərdədir. Belərusun Baranoviçskiy Dövlət Universitetinin rektoru V. İ. Koçurkonun rəsmi dəvəti ilə BDM sədri Universitetin yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda iştirak edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, beynəlxalq tədbirdə sədr İsmayıl Ağayev çıxış edib, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış ?Qarabağ həqiqətləri? kitabını, erməni təcavüzünu əks etdirən və soyqırımla bağlı kitabları həmçinin Azərbaycan xalçasını Universitetin rəhbərliyinə təqdim edib. Beynəlxalq konfransda dünyanın 14 olkəsindən qonaqlar iştirak etmişdir. Həmçinin tədbirdə iştirak edən Belarus dumasının deputatları, Təhsil nazirinin birinci müavini və şəhər meri ilə ayrı-ayrılıqda görüşən İsmayıl Ağayev Azərbaycan həqiqətləri, Ermənistanın ölkəmizə qarşı təcavüzü və Belərusiya ilə münasibətlərin inkişafı istiqamətində fakir mübadilələri aparılmışdır. Səfər çərçivəsində Belərusiyada yaşayan soydaşlarımızla, diaspor nümayəndələrimizlə görüşərək, mövcud problemlər və Azərbaycan diasporunun inkişafı istiqamətində görüləcək işlərlə bağlı müzakirələr aparılaraq yaxın günlərdə BDM-in Belarusiya nümayəndəliyinin yaradılması qərara alınmışdır. BDM sədrini səfər müddətində BDM-in Avropa üzrə təmsilçisi, professor Azər Kərimov və Ukrayna üzrə nümayəndəmiz Natiq Bədəlov müşayiət etmişdir. Sabahdan etibarən BDM sədri İsmayıl Ağayevin Polşaya daha sonra Çexiyaya səfəri başlayır. Mərkəz sədri Avropa səfərinin sonunda Strasburqda olacaqdır. Burada Qərbi Azərbaycanlıların deportasiyası ilə bağlı BDM-nin vəkalətliyi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmiş ərizələrin vəziyyəti öyrəniləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR