Jurnalisti huzunu itirənə qədər döyüblər

img

11-09-2009 [04:08]


Rusiyanın ?Novıy fokus? onlayn jurnalının baş redaktoru Mixail Afanasyev cənubi Sibirdə yerləşən Abakan şəhəirndə iki naməlum şəxs tərəfindən huşunu itirənə qədər vəhşicəsinə döyülüb. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF)Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat verilib. Xəbərdə qeyd edilir ki, avqustun 17-də Rusiyada ölkənin ən böyük su elektrik zavodunda- Sayano-Şuşenskayada baş vermiş partlayışdan sonra hazırladığı xəbərlə bağlı ittiham edilən jurnalist M.Afanasyev şahidlərin və məlumatlı şəxslərin fikirlərinə əsaslanaraq yazdığı materiallarda hakimiyyəti sağ qalanları tapmaq üçün kifayət qədər iş görməməkdə günahlandırıb. Tənqidi yazının yayılmasından 24 saat keçməmiş jurnalist böhtanda ittiham olunub. İttihamdan sonra isə evinin yanında belə amansız hücuma məruz qalıb. BMİ-nin direktoru Devid Dədc M.Afanasyevə qarşı bu amansız hücumu Rusiyada jurnalistlərin məruz qaldıqları təhlükənin tipik nümunəsi kimi qiymətləndirib: ?Hakimiyyətin ona qarşı haqsız və tələsik ittihamı jurnalisti hakimiyyətin alovlu tənqidçisinə çevirdi. Ümid edirik ki, hakimiyyət jurnalistə hücum edənlərin tapılıb cəzalandırılmasına da can atacaq?. Xatırladaq ki, Sayano-Şuşenskaya fəlakətində bu günə qədər ölənlərin sayı 74-ə çatıb, bənddə işləyənlərdən biri isə itkin düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR