Yalçın Rzazadə yenidən Türkiyədə həkim müayinəsindən keçəcək

img

11-09-2009 [02:09]


?Oktyabrın ilk ongünlüyündə yenidən Türkiyəyə getməliyəm. Yenidən müayinə olunmağım mütləq vacibdir. Çünki yaşamaq, səhnədə qalmaq sağlamlıq tələb edir. Düzdür, səhhətim indi yaxşıdır və günü-gündən də yaxşılaşır. Amma buna baxmayaraq, həkimlərin qoyduğu müddətdə təkrar müayinədən keçməliyəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bir müddət əvvəl Türkiyədə ürəyindən cərrahi əməliyyat keçirmiş xalq artisti Yalçın Rzazadə deyib. Y.Rzazadə yaradıcılıq planlarından da söz açıb. Deyib ki, musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus mahnılar, eləcə də Oqtay Rəcəbovun mahnıları ilk planındadır: ?Çox arzulayıram ki, Kamalın musiqilərindən oxuyum. Özü də bu mahnıları mükəmməl işləyəcəm. Mən, ümumiyyətlə, mahnı üzərində çox ciddi işləyirəm. Bəlkə elə buna görə də mahnılarımın ömrü uzun olur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA