?Əhli-beyt? qrupunun üzvü Samir Salam ?TRT-AVAZ?a dəvət alıb

img

10-09-2009 [02:56]


?Əhli-beyt? qrupunun üzvü, müğənni Samir Salam Türkiyənin ?TRT-AVAZ? telekanalından dəvət alıb. Müstəqil İnformasiya Agentliyinə məlumat verən müğənninin sözlərinə görə, bu dəvət Ramazan çəkilişləri ilə bağlıdır. ?Həmin kanalda müğənni Azərin xanımı verilişi var. O verilişdən dəvət almışam. Veriliş sentyabrın 14-ü yayınlanacaq. Həmin kanalda ən populyar mahnılarımı ifa edəcəm. ?Salam?, ?Ya Allah? kompazisiyası, türk şairi Yunis İmrənin sözlərinə bəstələnmiş ?Adı gözəl Məhəmməd? ilahisi səslənəcək?,-deyən müğənni bildirib ki, yeni mahnı üzərində də işləyir: ?Ramazan? adlı bu mahnı müqqəds Ramazan ayında tamaşaçılar üçün əsl töhvə olacaq?. S.Salamın sözlərinə görə, repertuarında mütləq vətənpərvərlik mövzusunda bir, ya iki mahnı olacaq. Müğənni bildirib ki, çıxışdan sonra ona edilən hər bir təklif barədə əməlli-başlı düşünəcək. Əgər ona Türkiyədə qalmaq təklifi olunarsa, o, fikirləşmədən buna razılıq verəcək: ?Çünki Azərbaycanda bu sənətə qiymət və dəstək verən insanlar yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA