Nəqliyyat Nazirliyinin əməkdazlarının zorakılığı (VIDEO))

img

10-09-2009 [11:19]


Nəqliyyat Nazirliyinin nəzdindəki ?Azəryolservis? Açıq Səhmdar Cəmiyyəti əməkdaşlarının sürücülərə qarşı qanunsuz hərəkətləri barədə mətbuatda yazılanları bu qurumun rəsmiləri təkzib edirlər. Təqdim etdiyimiz yazıda isə əlahəzrət fakt ?Azəryolservis?in sədri Cavid Qurbanov başda olmaqla, Nəqliyyat Nazirliyi rəsmilərinin bu günə qədər dediklərini yalanlayır. Bununla bağlı "Yeni Müsavat"a müraciət edən Xaçmaz sakini Əliəkrəm Əmirquliyev bildirir ki, qardaşı Mehman icarəyə götürdüyü ?KamAZ?la Qaradağ rayonundakı daş karxanalarından mişar daşı gətirib satmaqla ailəsini dolandırırmış. Ə.Əmirquliyevin sözlərinə görə, avqustun 4-də Mehman mişar daşı gətirən zaman Dəvəçinin Gəndab kəndi ərazisində Nəqliyyat Nazirliyi, ?Azəryolservis? ASC-nin 1 saylı ?Yolların mühafizə xidməti? MMC-nin əməkdaşları ona ?saxla? işarəsi veriblər. Lakin o, ?KamAZ?ı saxlamayıb. Ə.Əmirquliyev qardaşının maşını saxlamamasının səbəbini belə izah edir: ?Nəqliyyat Nazirliyi əməkdaşları yollarda açıq-aşkar soyğunçuluqla məşğuldur. Hər reysdə Mehmandan və onun kimi yüzlərlə sürücüdən 30-40 manat rüşvət alırlar. Bakıdan Dəvəçiyə qədər 3-5 belə post var. Ona görə də qardaşım maşını saxlamayıb. Həmin vaxt onu ?Yolların Mühafizə Xidməti"nin əməkdaşları ağ rəngli ?KİA Sportage? markalı (Az 27 AA 111 dövlət nişanlı), eyni markalı (Az 90 CD 044), ?VAZ-2107" markalı (Az 10 JU 751) avtomaşınlarla təqib etməyə başlayıblar. ?Azəryolservis" əməkdaşlarının olduğu ?VAZ-2107" qardaşımın idarə etdiyi avtomaşının qarşısına keçməklə qəza vəziyyəti yaradıb. Mehman qəza etməmək üçün ?KamAZ"ı dayandırıb. Həmin vaxt Nəqliyyat Nazirliyi əməkdaşlarının ona xəsarət yetirəcəklərini görüb qaçmağa başlayıb. ?Yolların Mühafizə Xidməti?nin şimal bölməsinin rəisi Hikmət Seyidov, baş mütəxəssis Qalib Pənahov, Vüsal və adlarını bilmədiyim daha bir neçə nəfər onu təqib edərək yerə yıxıblar. Bundan sonra rəis Hikmət Seyidov onun sifətinə, başına təpiklə, yumruqla zərbələr endirib. Mehmanı vəhşicəsinə döyərək, yerlə sürüyərək kəllə-beyin travması yetiriblər. Seyidov zor tətbiq etməklə Mehmanın mobil telefonunu və təkər alması üçün verdiyim 500 manat pulu alıb". Mehmanı sürüyə-sürüyə döyərkən o, qoçu dəstəsinin əlindən çıxaraq qaça bilib. Hadisə yerindən təxminən 1 kilometr məsafədəki fermaya çatan sürücü orada huşunu itirib. Bundan sonra sürücü ağır vəziyyətdə Xaçmaz xəstəxanasına gətirilib. Növbəti gün onun yaxınları Dəvəçi Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Əmirquliyevlər azğınlaşan Nəqliyyat Nazirliyi müfəttişləri barəsində ölçü götürüləcəyini düşünsələr də, bunun tam əksi olub: ?Ertəsi gün qardaşımı Dəvəçi Rayon Prokurorluğuna dəvət etdilər. Dəvəçi rayon prokurorunun müavini İlham Kərimli Mehmanı şübhəli şəxs kimi saxladı. Faktla bağlı isə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başladı. Prokuror müavini işini ancaq yol idarələrinin işçilərini tələsik dindirib qardaşıma bu maddə ilə ittiham elan etməklə bitirdi. Qardaşım avqustun 8-də Dəvəçi məhkəməsinin qərarı ilə həbs olundu. Şahidlər ifadələrində Mehmanın hakimiyyət nümayəndələrinə heç bir müqavimət göstərmədiyini, əksinə, onu vəhşicəsinə döydüklərini göstərdilər. Lakin prokuror müavini həmin faktlara etinasızcasına yanaşdı?. Bundan sonra şahidlərdən biri mobil telefonuna çəkdiyi videogörüntüləri istintaqa təqdim edib. Həmin videogörüntüdə sürücüyə necə divan tutulduğu açıq-aşkar görünür. [flash width=425 height=350]http://www.youtube.com/v/Zop0clJQyos[/flash]

Digər xəbərlər
SON XƏBƏRLƏR