ANS-in ?Yeni Müsavat?a qarzı iddiası üzrə məhkəmə bazlayıb

img

09-09-2009 [03:01]


Nizami rayon Məhkəməsində ANS Şirkətlər Qrupunun ?Yeni Müsavat? qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb. ANS PRESS-in məlumatına görə, bu gün hakim Ziya Əliyevin sədrliyi ilə iddia üzrə hazırlıq iclası keçirilib. İddiaya səbəb, ?Yeni Müsavat? qəzeti ANS telekanalının Müqəddəs Ramazan ayında guya arağı reklam etməsi barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli xəbər dərc etməsidir. Hazırlıq iclasında ANS-in baş direktoru Yaşar Babayev tərəfindən ?Yeni Müsavat?a qarşı yeni iddia irəlü sürüb. İddiada Y.Babayev fiziki şəxs olaraq Zahid Səfəroğlunun iki media quruluşu arasında ixtilafa səbəb olmuş məqaləsindən mənəvi sarsıntı keçirdiyini əsas gətirərək ?Yeni Müsavat? qəzetinin və Zahid Səfəroğlunun ona maddi təzminat ödəməsini tələb edir. Təzminatın məbləği ümumilikdə 80 min (?Yeni Müsavat?dan 50 00, Zahid Səfəroğludan 30 00) manatdır. ANS Şirkətlər Qrupu tərəfindən məhkəməyə maddi sübutlar təqdim edilib. ?Yeni Müsavat?ın hüquqlarını müdafiə edən Vaqif Hüseyn məqalə ilə bağlı öncədən təkzib verildiyini, ANS-dən üzr istənildiyini qeyd edib. O, iddialarla razılaşmadıqlarını, bunu dəlil və sübutlarla əsaslandıracaqlarını bildirib. Müdafiəçi sübutları məhkəməyə təqdim etmək üçün vaxt istəyib. Məhkəmə baxışı sentyabrın 29-na təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR