Fidan Hacıyeva TüRKSOYun opera günlərində iztirak edəcək

img

09-09-2009 [02:43]


Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva Türkiyəyə səfərə hazırlaşır. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat sözügedən teatrdan verilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə türkdilli ölklərin mədəniyyət qurumu-TÜRKSOY xəttiylə keçiriləcək bu səfər sentyabrın 22-dən oktyabrın 3-nə kimi davam edəcək. Bütün türkdilli ölkələrin ən qabaqcıl vokal ustalarının iştirak edəcəyi opera günləri məşhur Qazax dastanı Kiz Jibekin 500 illik yubileyinə həsr olunacaq. F.Hacıyeva opera günləri çərçivəsində İstanbul və Mersin şəhərləri, həmçinin Kiprdə keçiriləcək üç konsertdə çıxış edəcək, J.Bizenin ?Karmen?, Sen-Sansın ?Samson və Dailla? operalarından parçalar və Üzeyir Hacıbəyovun ?Sevgili canan? romansını ifa edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA