Gülyaz Məmmədova ilə Elnur Zeynalov tərəf müqabili olacaqlar

img

09-09-2009 [02:41]


Sentyabrın 18-də 101-ci teatr mövsümünə başlayan Opera və Balet Teatrı yubileyə hazırlaşır. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat sözügedən teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva tərəfindən verilib. Azərbaycanın klassik bəstəkarlarından olan Zülfiqar Hacıbəyovun bu il 125 illik yubileyi tamam olur. Opera və Balet Teatrı hazırda həmin bəstəkarın yubileyinə hazırlıq işlərinə başlayıb. Məhz bu məqsədlə sentyabrın 20-də ?Aşıq Qərib? operasının tamaşası keçiriləcək. Qeyd edək ki, Z.Hacıbəyov bu operanı 1916-cı ildə qələmə alıb. Uzun illərdir ki, ?Aşıq Qərib? fasiləsiz olaraq, Opera və Balet Tetarının səhnəsində nümayiş olunur. Xatırladaq ki, yubiley tamaşasında əsas partiyaları əmakdar artist Gülyaz Məmmədova (Şahsənəm) və Y.Hacıbəyov adına 1-ci Respublika muğam müsabiqəsinin diplomantı Elnur Zeynalov (Aşıq Qərib) ifa edəcəklər. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA