Həbsdəki jurnalistlərin və sabiq nazirlərin əfvi üçün müraciət edilib

img

09-09-2009 [01:40]


Ramazan bayramında növbəti əfv fərmanı verilə bilər. Hələlik bu barədə dəqiq məlumat verilməsə də, bəziləri bunu inandırıcı sayırlar. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə böyük ümidlə əfv fərmanının imzalanmasını gözlədiklərini deyib: ?Məlumdur ki, əksər hallarda əfv fərmanı imzalanmazdan əvvəl haqlı olaraq, öncədən bu barədə məlumat verilmir. Fərmanın imzalanması Prezidentin birbaşa konstutision hüququdur. Ona görə də kimlərin azad olunacağı barədə dəqiq fikir söyləmək olmur?. Ç.Qənizadə deyib ki, bir müddət öncə digər hüquq müdafiəçiləri ilə birlikdə həbsdə olan jurnalistlərin, sabiq nazirlərin, xəstə məhbusların azadlığa buraxılması üçün Əfv Komissiyasına müraciət ediblər: ?Bundan başqa, bir neçə sıravi məhbusun da əfv olunması üçün komissiyaya müraciət ünvanlanıb. Çünki bəzi məhbuslara əsassız olaraq, ağır cəza verilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR