Maykl Ceksonun əlcəyi Avstraliyada 49 min dollara satılıb

img

09-09-2009 [01:19]


Dünya şöhrətli müğənni, pop musiqisinin kralı Maykl Ceksonun ölümündən müəyyən müddət keçsə də, hələ də onun barəsində danışılır. Hazırda isə mərhum müğənniyə məxsus əşyalar auksionlarda yüksək qiymətə satılır. Müstəqil İnformasiya Agentliyi RİA ?Novosti?yə istinadən xəbər verir ki, iyun ayında vəfat etmiş Maykl Ceksonun bahalı daşlarla bəzədilmiş əlcəyini bazar günü Avstraliya hərracında 57,6 Avstraliya dollarına (48,4 min ABŞ dolları) satılıb. 1996-cı ildə Maykl Cekson həmin əlcəklə Sidneydə konsertdə olarkən çıxış etmişdi,sonra isə əlindən Swarowski xrustalları ilə bəzədilmiş əlcəyi çıxarıb kütləyə atmışdı.Həmin vaxtlar müğənni HİStory adlı dünya turnesinə çıxmışdı (1995-ci ildə Ceksonun eyni adlı albomu işıq üzü görmüşdü). Atılan əlcəyi hazırda dünyasını dəyişmiş meloman Bill Xibbli tutmuşdu. Məlumata görə pop-musiqi kralının qarderobunun bu elementini hərraca müğənninin anası qoyub. Həmin bu əlcəklə Maykl Cekson öz böyük uşaqlarının anası Debbi Rou ilə evlənmişdi. Hərrac təşkilatçıları əlcək üçün gözlədiklərindən də çox pul aldıqlarını bildirdilər. Melburnda Bonhans və Goodman hərrac evinin nümayəndəsi Şarlot Steynzin sözlərinə görə, lotda olan digər namizədlərin satış əmsallarını aşağı salaraq, 1996-cı ildə Sidneydə konsert zamanı Ceksonun atdığı əlcəyi Los Ancelsdə hotel və Hard Rock kozinosunun sahibi Uornik Stoun əldə edib. Cekson 1983-cü ildə ilk dəfə oz məşhur ?ay yerişi?ni nümaiş etdirən zaman taxdığı digər ağ əlcək isə bu ilin sonu Nyu Yorkda keçirilən hərracda uğurla satılacaq. Mütəxxəsislər onu 60min dollara qiymətləndirirlər. Xatırladaq ki, Maykl Cekson bu il 25 iyunda 51 yaşında ürək dayanmasından Los Ancelsdəki evində dünyasını dəyişib. Amerikanın SMİ-nin məlumatına görə, müğənninin ölümündə əsas şübhəli bilinən şəxs onun şəxsi həkimi Konrad Myurrey hesab olunur. Müğənninin ölümü sui-qəsd hesab olunur. Mütəxxəsislərin rəyinə görə, müğənni ağrıkəsicilərin intoksikasiyası nəticəsində vəfat edib. Müğənni ölümündən 70 gün sonra Los Ancelsdə torpağa tapşırılıb. [b]Safura Eyvazova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA