Eynulla Fətullayevin hədiyyəsi "Azadlıq" qəzetinə təqdim olunub

img

09-09-2009 [12:13]


?Gündəlik Azərbaycan? və ?Realnıy Azerbaydjan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin 8 Sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə həbsxanadan ?Azadlıq? qəzetinə göndərdiyi hədiyyə də ünvanına çatdırılıb. Hədiyyəni redaksiya kollektivinə jurnalistin atası Emin Fətullayev və ?Gündəlik Azərbaycan? qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu təqdim edib. E.Fətullayev oğlunun söz azadlığı uğrunda mübarizə aparan həmkarlarını alqışladığını, bu çətin və sınaqlı günlərdə tutduğu mübariz mövqeyə görə ?Azadlıq?ın kollektivinə minnətdarlıq etdiyini deyib. ?Azadlıq? qəzetinin direktoru Azər Əhmədov qeyd edib ki, E.Fətullayevin hədiyyəsi qəzetə indiyə qədər verilən bütün mükafatları kölgədə qoyur: ?Əvvəla ona görə ki, ilk dəfədir məhbəsdən bizə hədiyyə gəlir. O biri tərəfdənsə bu hədiyyəni bizə qəzet mütəxəssisi, vaxtilə Qafqazın ən tirajlı qəzetinə rəhbərlik etmiş bir şəxs göndərir?. E.Fətullayevin ?Azadlıq? qəzetinə göndərdiyi hədiyyə qartal formasında olub. Jurnalistin atası bunun təsadüfi olmadığını bildirib: ?Bunun simvolik mənası var. Dedi ki, özləri baxarlar, necə təsəvvür etsələr, o cür də qəbul edərlər. İnşallah azadlığa çıxanda o simvolların mənasınına özü aydınlıq gətirər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR