Kukla teatrı premyeraya hazırlazır

img

08-09-2009 [05:02]


Dövlət Kukla teatrı premyeraya hazırlaşır. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın direktoru Rəhman Əlizadə verib. R.Əlizadənin sözlərinə görə, balaca tamaşaçılara təqdim ediləcək yeni əsər ?Zınqırovlu pişik? adlanır: ?Bu əsərə hələ ötən mövsümdə müraciət olunub. Hazırda tamaşa üzərində qızğın məşq prosesi gedir. Demək olar ki, əsər hazırdır. Sentyabrın axırlarında tamaşa balaca teatrsevərlərin ixtiyarına veriləcək?. Ə.Orucun müəlifi olduğu ?Zınqırovlu pişik? tamaşası rejissor Elşadın quruluşunda təqdim olunacaq. R.Əlizadə onu da bildirdi ki, Kukla Teatrı bu dəfə yeni mövsümünü Əziz Səmədlinin əsərlərindən biri ilə açmaq fikrindədir: ?Əziz Səmədlinin bir neçə əsəri səhnələşdirilib. Yeni mövsüm həmin əsərlərin biri ilə açılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA