Eynulla Fətullayevin hədiyyəsi "Yeni Müsavat? qəzetinə təqdim olunub

img

08-09-2009 [02:16]


?Gündəlik Azərbaycan? və ?Realnı Azerbaydjan? qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin 8 Sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə ?Yeni Müsavat? qəzetinə göndərdiyi hədiyyə də ünvanına çatdırılıb. Məhbus jurnalistin atası Emin Fətullayev və fəaliyyətini dayandırmış ?Gündəlik Azərbaycan? qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu hədiyyəni sentyabrın 8-də ?Yeni Müsavat?ın redaksiyasında təqdim ediblər. Qəlyan dəstindən ibarət əl işinin üzərində Eynulla Fətullayev bu sözləri yazıb: ?Sizin və bizim azadlığımız uğrunda. ?Yeni Müsavat?a məhbus Eynulla Fətullayevdən?. ?Yeni Müsavat?ın baş redaktoru Rauf Arifoğlu hədiyyəyə və bayram təbrikinə görə hər iki qonağa təşəkkür edib. ?Bizi seçdiyinizə görə məmnunam? deyən R.Arifoğlu həbsdəki baş redaktorun onları bu cür dəyərləndirməsinə görə minnətdarlığını ifadə edib: ?Bu, bizə ən böyük mükafatdır. Mən türmədə qalmış adam kimi bilirəm ki, içəridəkilər hər şeyi, hamını rentgen kimi görür. Bizi müsbət qiymətlləndirirsə, buna görə sevinmək lazımdır?. Emin Fətullayev də öz növbəsində həbsdəki baş redaktorun bayram münasibətilə üç KİV-ə (?Yeni Müsavat?, ?Azadlıq? qəzetləri və ?Media forum? saytı) ayrı-ayrı hədiyyələr göndərdiyini deyib. Onun sözlərinə görə, məhbus baş redaktor sözügedən media qurumlarına ona verdiyi dəstəyə görə təşəkkür edib: ?Mənə də tapşırdı ki, sizə öz minnətdarlığımı bildirim. Həbsdəki jurnalistləri gündəmdən düşməyə qoymadığınıza görə isə ayrıca təşəkkür etdi?. R.Arifoğlu bu sahədə ən böyük işi Eynulla Fətullayevin özünün gördüyünü deyib. Onun sözlərinə görə, hazırda həm Qənimət Zahid, həm də Eynulla Fətullayev bütün jurnalistlərin əvəzinə türmədə yatır: ?Bu, Azərbaycan mediasının sınağıdır. Hamımızın onun yanında günahımız var. Çünki azadlıqdayıq. Əlimizdən ona dəstək verməkdən başqa heç nə gəlmir. Bu hakimiyyətə aclıq, təzyiq, piket kimi etiraz tədbirləri fayda vermir. Eynulla bəyin özünün də dediyi kimi, əlavə mübarizə vasitələrindən istifadə etməyə ehtiyac var. Bu barədə düşünmək və lazımi addımlar atmaq lazımdır? .

Digər xəbərlər
SON XƏBƏRLƏR