Kinorejissorlarla ictimai Televiziyanın məhkəmə çəkizməsi davam edir

img

07-09-2009 [04:50]


Kinorejissorlar Gildiyası ilə İctimai Televiziya arasındakı mübahisəli vəziyyətlə bağlı məhkəmə prosesi sentyabrın 23-də davam etdiriləcək. Gildiyanın mətbuat xidmətinin rəhbəri Şahirə Tacəddin Müstəqil İnformasiya Agentliyinə deyib ki, artıq bununla bağlı qarşı tərəfə məktub da ünvanlanıb. Ş.Tacəddin bildirib ki, Apelyasiya Məhkəməsi birinci instansiyanın çıxardığı qərarı qüvvədə saxladığı üçün bu dəfə işə Ali Məhkəmədə baxılacaq: ?Kinorejissorlar Gildiyası olaraq, Ali Məhkəmənin ədalətli qərar çıxaracağına inanırıq. Çünki İctimai Televiziya rejissorların müəllif hüquqlarını pozub. Ədalət bərpa edilməyincə, mübarizəmizi davam etdirmək niyyətindəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA