ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev xəstəxanadan evə buraxılıb

img

06-09-2009 [06:05]


Bu gün ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev xəstəxanadan evə buraxılıb. Bir həftə davam edən müalicədən sonra həkimlər onun evə buraxılması barədə qərar qəbul ediblər. Bir neçə gün əvvəl özünü yaxşı hiss etməsi barədə ANS PRESS-ə məlumat verən V. Mustafayev tezliklə iş başında olacağını söyləmişdi. Xatırladaq ki, avqustun 30-da ANS Şirkətlər Qrupunun əməkdaşları yol qəzasına düşüblər. Hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Şəki şəhərində Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş konsertdən Bakıya qayıdan ?Volkswagen? markalı mikroavtobusun qabaq təkəri partlayıb. Nəticədə avtomobil bir neçə dəfə aşıb. Avtomobildə sürücüdən başqa, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Şirkətlər Qrupunun prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov, şirkətin əməkdaşı Yuri Stepanoviç Qolosilkin, ANS-in nəzdində fəaliyyət göstərən Nara Moda Evinin direktoru Renara Şəmsiyeva olub. Qəza nəticəsində xəsarət alan V. Mustafayev Mərkəzi Klinik Xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR