Azərbaycanın bir qrup qəzetçisi Türkiyəyə səfər edə bilər

img

04-09-2009 [09:07]


Bu ilin mart-aprel aylarında baş verən məlum olaylar zamanı Azərbaycanın bir qrup millət vəkili, siyasət adamı və həmçinin nüfuzlu simaları Türkiyəyə səfərlər edərək Azərbaycan türkünün mövqeyini Türkiyə ictimaiyyətinə çatdırdılar. Bunun da kifayət qədər müsbət nəticələri oldu. Hər halda, etiraza səbəb olan Türkiyə-Ermənistan qapılarının açılması məsələsi o zamanlar gündəmdən yığışdırıldı. İndi isə eyni gərginlik yenidən Türkiyə iqtidarının ciddi-cəhdi ilə gündəmə daşınmaqdadır. İsveçrənin vasitəçiliyilə ilə yenidən start götürən Ermənistan-Türkiyə danışıqlarında tərəflər 6 həftə ərzində icra etməli olduqları barışıq kampaniyası ilə bağlı öhdəliklər götürüblər. Bu altı həftə ərzində həm Türkiyə və həm də Ermənistan ictimaiyyəti və müxalifəti iqtidarların əldə etdikləri razılaşmaya hazırlanmalıdırlar. Altı həftəlik aralıqdan sonra oynanılan Türkiyə-Ermənistan matçının izlənilməsi üçün Ermənistanın prezidenti Serj Sərkisyanın Türkiyəyə səfəri nəzərdə tutulub. Bu səfərin baş tutması üçün isə təbii ki, iki ölkə arasındakı sərhəd problemi həll olunmalıdır. Yəni Türkiyə-Ermənistan sərhədləri açılmalıdır. Artıq rəsmi Ankaranın benlə bir niyyətdə bulunması kimsə üçün sirr deyil və Türkiyə-Ermənistan sərhəddinin açılacağı istiqamətində çox ciddi addımlar belə atılıb. Türkiyə tərəfi futbolu izləyə bilməsi üçün açıq sərhəd qapısından keçmək arzusunu ifadə edən Sərkisyanın bütün arzularını yerinə yetirmək üzərədir. Haqlı olaraq, rəsmi Ankaranın bu addımını etirazla qarşılayan Azərbaycanın isə təpgilər göstərəcəyi də şübhəsizdir. Yuxarıda da xatırlatdıq ki, bu ilin əvvəlində yaşanılan gərginlik zamanı Azərbaycanın tanınmış simaları Türkiyəyə səfər edərək ölkəmizin və millətimzin mövqeyini müxtəlif tribunalarda ifadə etdilər. İndi isə səfər növbəsi, deyəsən, mətbuat işçilərinə çatıb. Bu barədə məlumat verən ?Yeni Ümid? qəzetinin baş redaktoru Məhəmməd Ərsoyun sözlərinə görə, o, belə bir təşəbbüsü irəli sürüb: ?Türkiyə türkləri hər zaman Azərbaycana doğma gözlə baxıblar. Amman ə yazıq ki, bu gün Türkiyədə iqtidar olan qüvvələr bu doğmalığı həzm edə bilmədilər. Necə ki, Türkiyənin içində milli qüvvələrə qarşıdırlar, eləcə də Türkiyənin çölündəki milli dəyərləri darmadağın etməklə məşğuldurlar?. ?Yeni Ümid? şefinin sözlərinə görə, o, artıq Azərbaycanın bir neçə mətbuat orqanının rəhbəri ilə danışıqlara başlayıb və əgər razılaşma əldə olunarsa, Azərbaycanda dərc olunan qəzetlərin bir qrupunun rəhbəri ilə birgə Türkiyəyə səfər edəcək: ?Məlumdur ki, hansısa rəyin formalaşmasında qəzetçilərin rolu birincidir. İndi də Türkiyə iqtidarı beynəlxalq qurumlar qarşısında Türkiyə ictimaiyyətini biabırçı anlaşmaya hazırlamaqla bağlı öhdəlik götürüb. Təbii ki, Ərdoğan hökuməti bu zaman medianın gücündən istifadə etməyi planlaşdırır. Biz də Azərbaycan qəzetçiləri olaraq Türkiyədəki həmkarlarımızdan belə bir xəyanətkar işdə alət olmamağı rica edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR