04-09-2009 [08:55]
[b]KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi saxtakarlığı ört-basdır edə bilmir[/b]
Nəhayət Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir neçə gün öncə başa çatmış müsabiqədə qalib gəlmiş layihələrin adlarını açıqlayıb. Amma sözügedən Fondun fəaliyyətinin şəffaf olmadığının iddia edənlər bunun da yetərli olmadığını bildirirlər.
Bununla bağlı Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd aşağıdakıları deyib: ?Düzdür, bizlərin israrlı tələblərindən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu müsabiqədə qalib gəlmiş layihələrin adlarını açıqlayıb. Amma yenə də Fond rəhbərliyi qanunsuz əməllərini ört basdır edə bilməyiblər. Bu zaman aydın olur ki, indiyə kimi başqa təşkilatları maliyyələşdirmək üçün verilən bəzi layihələr də yenidən fonda təqdim olunaraq vəsait alınıb. Eyni zamanda biz tələb edirdik ki, layihələrin adı ilə yanaşı, onlara ayrılan məbləğ də açılansın. Göründüyü kimi, hələ də layihələrə ayrılan məbləğ ictimaiyyətdən gizli saxlanılır. Çünki layihə elan ediləndə də Fond rəhbərliyi konkret olaraq hansı qəzetə nə qədər pul verəcəyini bilmirmiş. İndi isə fondun icraçı direktoru ilə layihə müəllfiləri arasında ?anlaşma? nəticəsində həmin məbləğ açıqlanacaq. Bu isə anormal haldır. Elə layihə var ki, 20 min manat vəsait xərcləndiyi halda, çox yaxşı nəticə əldə etmək olar. Fond isə həmin layihə 10 min manat ayırarsa, nəzərdə tutulan işləri görmək mükün olmayacaq və bu uğurusuz layihə olacaq. İndi belə bir situasiya ilə qarşılaşırıq. Digər tərəfdən müsabiqənin qaydalarının 3-cü bəndində göstərilir ki, müsabiqə elan olunan günədək son bir ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 1000 nüsxədən az olmayan qəzetlər müsabiqdə iştirak edə bilər. Halbuki qrant alan qəzetlərin bəzilərinin tirajı 500 ədəd və hətta 500-dən az olduğu bildirilirr. Elə qəzetlər var ki, son bir ildə nəşr olunmur, ya da kütləvi oxucu auditoriyasına çıxarılmır. Müsabiqədə qalib elan olunan bəzi QHT-lərin isə KİV-ə heç bir aidiyyatı yoxdur. Biz bu qanun pozuntularına qarşı sona kimi mübarizəmizi davam etdirəcəyik. Çünki Fonddakı vəsait oraya rəhbərlik edənlərin babalarından qalan şəxsi vəsaitləri deyil. Bu dövlət büdcəsindən ayrılan puldur- yəni bizlərin puludur və şəffaf şəkildə KİV-in inkişafına xərclənməlidir. Fakt isə ondan ibarətdir ki, fondun icraçı direktoru Vuqar Səfərli ölkə başçısının ona tapşırdığını məsul işin öhdəsində gələ bilməiyb. Prezident KİV-in inkişafını istəyir və bu məqsədlə fond yaradır. V.Səfərli isə fondun vəsaitlərini öz yaxın ətrafı arasında bölərək maraqlarına xidmət edir. Əgər bu belə deyildisə, nə üçün ictimai nüfuzu olmayan bəzi QHT və qəzetlərə də qrant ayrılıb. Ümumiyyətlə, Vüqar Səfərlinin öz qəzetlərinə qrant ayrıması da etik baxımdan düzgün deyil. Ən azı fondun icraçı direktoru öz qəzetlərini kənarda saxlamalı idi?.
Zaur Əhməd Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlunun istefası tələbəbinə də qatıldığın vurğulayıb: ?Umud Rəhimoğlu özünə hörmət edirsə, Müşahidə Şurasının sədri postundan dərhal istefa verməlidir. Ən azı o, bu məsələdə Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli qədər səmimi olmalıdır. Yadigar bəy ?Media Açarı?nda səhv elədi və istefa verərək bunun etiraf etdi. Etiraf isə böyüklük əlamətidir. Bəli, Umud Rəhimoğlu ona göstərilən ehtimadı doğrultmadı. Layihələrə münasibətdə şəffaflıq təmin olunmadı. Bunun üçün də o, istefa verməlidir. Bu prosesin şəffaflığını təmin etmək üçün ən azı Umud Rəhimoğlu öz təşkilatı adından Fonda layihə təqdim etməməliydi. Onsuz da Umud Rəhimoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınından qrant alır. Daha Müşahidə Şurasının sədri olduğu bir fondun vəsaitlərinə niyə göz dikir? Amma tamah ona güc gəldi. Şübhəsiz ki, belə olan təqirdə Umud Rəhimoğlu öz layihəsinin, Vuqar Səfərli də öz qəzetlərinin layihəsinin maliyyələşdirilməsinə çalışdı. Nəticədə müstəqil mətbuat prosesdən kənarda qaldı. Təəssüf ki, Müşahidə Şurasının üzvlərinin hamısı da layihə ilə çıxış ediblər. Elə bu faktın özü prosesin şəffaf olmadığını göstərir. Sabah Umud Rəhimoğlu və ya Vüqar Səfərli necə başqa təşkilatlara ayrılan vəsaitin şəffaf xərclənməsini tələb edəcəklər? Bu mümükün deyil. Onlar əl əli yuyar, əl də üzü prinsipi ilə hərəkət ediblər.
Burada ən acınacaqlı vəziyyət isə ondan ibarətdir ki, Fondun ekspert kimi cəlb etdiyi Yadigar Məmmədli, Qafar Çaxmaqlı Aydın Kərimov və digərləri də qrant udublar. Əlbəttə ekspertlər özləri də Fonda layihə verirlərsə, burada ədalətdən söhbət gedə biləməz. Şübhəsiz ki, öz layihələrinin keçməsi üçün onlar digər layihələrə az bal verəcəklər. Onu da deyim ki, Müşahidə Şurasının bəzi üzvləri bildirirlər ki, onların heç bir günahı yoxdur. Vüqar Səfərlinin cəlb etdiyi ekspertlərdən Yadigar Məmmədli isə özü ilə yanaşı, mühasibinə, Qafar Çaxmaqlı və Aydın Kərimov da yaxın ətrafına qrant verilməsinə nail olub. Elə Aydın Kərimovun ofisində oturan 3-4 QHT qrant udub. Məhz bunda da birbaşa Müşahidə Şurası günahkardır. Onlar prosesin şəfaflığına nəzarət etməliydilər. Əgər Vüqar Səfərli Umud Rəhimoğlunu saymırsa, daha bu adam niyə Müşahidə Şurasının sədr vəzifəsini tutur. Gedib mina axtarmaq barədə qrantlar yazıb pulunu qazansın. Mətbuatın pis günə düşməsinə rol alanlara qarşı isə biz hər zaman qətiyyətli olub sözümüzü deyəcəyik?.
Zaur Əhməd onu da qeyd edib ki, sona kimi də bu sahədə mübarizəsini davam etdirəcək: ?Mən fonda layihə təqdim etmişəm, amma indi öz layihəmin davasını etmirəm. Qoy, proses şəffaf olsun və mən verməsinlər. BDU-nun jurnalistika fakültəsinin məzunuyam və fondun icraçı direktorundan da, Müşahidə Şurasının bir çox üzvündən də fərqli olaraq, cümlə qura bilirəm. Yenə də mən güzəştə gedə bilərəm. Amma büdcə vəsaitlərinin bu şəkildə mətbuata aidiyatı olmayan adamlar arasında pay-püş etmək olmaz. Vüqar Səfərli gedib öz vəsaitini dostların xərcləsin, görün bir söz deyirəm. Öz puludu, yaxşı edib xərcləyirlər. Bir daha deyirəm, fond vəsaitləri belə xərcləyə biməz və bunun üzərində ictimai nəzarət olmalıdır. Biz də buna çalışacağıq?.