Müdafiə Nazirliyi bir qrup jurnalistin hərbi hissələrə səfərini təzkil edəcək

img

04-09-2009 [06:27]


Bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu növbəti mətbuat konfransı keçirdi. Ötən iki ay ərzində cəbhə bölgəsində atəşkəsin 199 dəfə pozulduğunu bildirən E.Sabiroğlu atəşkəsin Xocavənd, Goranboy, Ağdam və Tərtərdə daha çox pozulduğunu vurğuladı: ?Digər ərazilərdəki mövqelərimizdə də ermənilər tərəfindən atəşə məruz qalıb. Atəşkəsin pozulması nəticəsində düşmən tərəf daha çox itki verib?. E.Sabiroğlu Müdafiə Nazirliyinin bir qrup jurnalistin hərbi hissələrə səfərini təşkil edəcəyini bildirdi. ?Hazırda nazirlikdə bu məsələ ilə bağlı danışıqlar gedir. Müdafiə Nazirliyi mətbu orqanları, ictimaiyyət, QHT nümayəndələri ilə əməkdaşlıqda maraqlıdır. Bir müddət əvvəl bir qrup millət vəkili, hüquq müdafiəçiləri və QHT təmsilçiləri hərbi hissələrə səfər etdilər və oradakı vəziyyətlə tanış olddular. Hətta həmin şəxslər səfər edəcəkləri hərbi hissələri özləri müəyyənləşdirdi. Bu məsələdə Müdafiə Nazirliyi də maraqlıdır. Səfər çox uğurlu keçdi və onlar hərbi hissələrdəki vəziyyətdən məmnun oldular. Nazirlik planlaşdırıb ki, yaxın vaxtlarda jurnalistlər və bir neçə qəzet redaktorunun da hərbi hissələrə səfərini təşkil etsin. Səfər yaxın vaxtlarda baş tutacaq?. E.Sabiroğlu əsirlərin geri qaytarılması prosesinin gecikdiyini bildirdi: ?Azərbaycan müdafiə naziri ilə Ermənistan müdafiə naziri arasında hərbi əsirlərin dərhal geri qaytarılması barədə heç bir razılıq əldə edilməyib. Hazırda Azərbaycan tərəfdə ermənilərin 3 hərbi əsiri saxlanılır və həmin şəxslər könüllü olaraq təmas xəttindən Azərbaycan Silahlı Qüuvvələrinin nəzarətində olan ərazilərə keçib təslim olublar. Bunu hamı bilir?. Nazirlik sözçüsü rayon hərbi komissarlarının vəzifəsindən azad edilməsinin hərbi çağırış qaydalarında edilən dəyişikliklərlə bağlı olduğunu vurğulayıb: ?Bu proses hərbi çağırış qaydalarında edilən dəyişikliklərlə bağlıdır. Burda heç bir mübahisə, qarşıdurma və digər hallar yoxdur. Qaydalara dəyişikliklər edilib, həmin dəyişikliklər əsasında da islahatlar aparılıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR