Tarixçilər və jurnalistlər Nuru pazanın Gəncədəki ev-muzeyini ziyarət edəcəklər

img

03-09-2009 [08:20]


?Türkiyə Universitetləri Məzunları? İctimai Birliyi Türkiyənin Azərbaycandakı səfirliyi ilə birlikdə Bakının düşmən işğalından azad edilməsinin 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirəcək. Layihə çərçivəsində həm Bakıda, həm də Gəncə şəhərində elmi konfransın və bayram konsertinin təşkil edilməsi nəzərdə tutulur. Bu barədə Müstəqil İnformasiya Agentliyinə TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə məlumat verib. S.Verdizadə deyib ki, tədbirlər seriyasına Gəncə şəhərində start veriləcək: ?Bu gün axşam saatlarında bir qrup tarixçi-alim və aparıcı KİV əməkdaşı Gəncə şəhərinə yola düşəcək. Qrup üzvləri sentyabrın 4-də səhər saatlarında mərhum prezident Heydər Əliyevin abidəsinin önünə əklil qoyacaq, Şəhidlər Xiyabanını və Nuru Paşanın Gəncədəki ev-muzeyini ziyarət edəcəklər. Sentyabrın 4-də saat 12:00-da Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində elmi konfrans təşkil olunacaq. Tədbirdə yerli hakimiyyət orqanlarının nümayəndələrinin, tarixçilərin, KİV əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur?. TUMİB təmsilçisi tədbirlər seriyasına Bakıda şəhərində yekun vurulajağını bildirib. Qeyd edib ki, sentyabrın 15-də Dövlət Filarmoniyasında təntənəli bayram konserti keçiriləjək. Konsertdə ölkənin tanınmış sənət adamları çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR