Yazıçı-publisist Seymur Baycan Azad Yazarlar Ocağının sədri seçildi

img

03-09-2009 [07:35]


Bu gün Azad Yazarlar Ocağının (AYO) növbəti toplantısı keçirilib. Toplantıda AYO-ya yeni sədr də seçilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Rafiq Tağıdan sonra yazıçı-publisist Semyur Baycan qumura sədr seçilib. AYO-dan verilən məlumat da o da bildirilir ki, toplantıda qurumun təşkilatı işləri də müzakirə olunub. Öncə partiyanın qeydiyyat məsələsi müzakirə mövzusu olub. Belə ki, AYO-çular bu günə kimi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciətləri nəticəsiz olduğundan bundan sonra sözügedən nazirliyə müraciət etməməyi qərarlaşdırıblar. Toplantıda AYO-çular qərara alıblar ki, Alatoran jurnalının fəaliyyəti daha da gücləndirilsin, yazarlar yeni kitabların nəşr etdirilməsi istiqmətində fəaliyyətlərini artırsınlar və AYO üzvlərinin əsərlərindən ibarət almanax dərgisinin hazırlanması planlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR