Redaktorlar KiV-ə Dəstək Fondunun müsabiqəsinin nəticələrini müzakirə edib

img

03-09-2009 [01:44]


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun elan etdiyi müsabiqənin nəticələrindən narazı qalan bir sıra KİV rəhbəri bir araya gəliblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda Reportyor İnformasiya Agentliyinin rəhbəri Zülfüqar Xeyirxəbər, ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli, ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı, Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd, ?Yeni xəbər? qəzetinin baş redaktoru İlqar Salmanov, ?Türküstan? qəzetinin baş redaktoru Aqil Camal iştirak edib. Reredaktorlar Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun elan etdiyi müsabiqənin nəticələri ilə razılaşmayacaqlarını və mübarizəni davam etdirəcəklərini bildiriblər. Toplantıda bir çox təkliflər səslənib. Sonda qərara alınıb ki, gələn həftə redaktorlar yenidən bir araya gəlsin, məsələ ətraflı və daha geniş tərkibdə müzakirə olunsun. Bu tədbirə müsabiqənin nəticələrindən narazı qalan media rəhbərləri ilə yanaşı, digər qəzet və informasiya agentliklərinin rəhbərləri, KİV-ə Dəstək Fondunun nümayəndələrinin də dəvət olunması nəzərdə tutulub. Hətta yeni bir təşkilatın təsis olunması da gözlənilir. Toplantıda KİV-ə Dəstək Fondunun keçirdiyi müsabiqənin nəticələrinə etiraz əlaməti olaraq, aksiyaların da keçirilməsinin müzakirə olunacağı bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR