RiA-nın layihəsi zəruri keçid balını yığıb, amma...

img

03-09-2009 [11:25]


Reportyor İnformasiya Agentliyinin (RİA) Azərbaycan Respulikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitəlirinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə bağlı elan edilmiş müsabiqəyə təqdim etdiyi layihə ekspertlər tərəfindn yükəs qiymətləndirilib və lazım olan keçid balını toplayıb. Bu barədə RİA-ya Fondun icraçı direktorunun imzası ilə daxil olan rəsmi məktubda bildirilir. ?Lakin müraciət edilmiş, istiqamət üzrə təqdim edilən digər layihələr daha çox bal topladığı üçün sizin təklifinizin maliyyələşdirilməsi mümkünsüz olmuşdur?, - deyə məktubda bildirilir. ?Fondun cavabı bizi qane etmir? Vüqar Səfərlinin məktubunu şərh edən RİA-nın təsisçisi Zülfüqar Xeyirxəbər cavabın rəhbərlik etdiyi qurumu qane etmədiyini bildirib. ?Hesab edirik ki, qiymətləndirmə zamanı layihələrə deyil, layihəni təqdim edən KİV-lərin kimlərə məxsus olmasına daha çox üstünlük verilib. İnanmırıq ki, bizim təqdim etdiyimiz layihə ?Səs, ?Paritet?, ?Palitra? eləcə də digər KİV-lərin təklifindən zəif olub. Eyni zamanda nəzərə almaq lazımdır ki, münsiflər heyətinin və ekspertlərin əksəriyyətinin rəhbərlik etdiyi qurumlar və onlara yaxın şəxslər də müsabiqəyə layihə təqdim etmişdi. Belə olan halda təbii ki, hər hansı bir ekspert öz layihəsini qoyub, bizim layihəmizə yüksək bal verməyəcəkdi. Ona görə də layihəmizin maliyyələşdirilməməsini ədalətsizlik kimi qiymətləndirik və sonuna qədər mübarizə aparıb, haqqımızı tələb edəcəyik. Lazım gələrsə, bu yolda ən radikal addımlar atamqla dövlətin ayırdığı pulları sağ cibindən sol cibinə qoyanları ifşa edəcəyik?, - deyə o, bildirib. Bu gün saat 11-də narazıların toplantısı olacaq Zülfüqar Xeyirxəbərin sözlərinə görə, artıq fondun qərarından narazı qalan mətbuat orqanlarının rəhbərləri ilə görüşləri olub və birgə mübarizə aparmaqla bağlı razılıq əldə olunub. ?Bu gündən etibarən mütəmadi olaraq toplanıb mübarizə yolları barədə fikir mubadilsi apacağıq. İlk addımımız isə apellyasiya şikayət vermək olacaq. Apellyasiyanın qərarından sonra digər atacağımız addımları müəyyən edəcəyik. Eyni zamanda biz tələb edəcəyik ki, qalib elan olunmuş layihələr ictimaiyyətin müzakirəsinə çıxarlsın, görək ekspertlər hansı kriteriyalarla o layihələri bizimkilərdən üstün tutublar. Əgər onlar doğrudan da obyektiv olaraq qimət veriblərsə, bundan imtina etməyəcklər, yox Rəşad Məcidin dediyi kimi Vüqar Səfərliyinin göndərdiyi sifahıya səs verilibsə, çox güman ki, bundan yayınacaqlar?, - deyə RİA-nın rəhbəri bildirib. ?Mətbuatın inkişafı üçün ayırlan pullar məmurlar arasında bölüşdürülür? Z.Xeyirxəbər həmçinin əlavə edib ki, fondun qalib elan etdiyi KİV-lərin hansı dövlət məmuruna məxsus olması ilə bağlı RİA tərəfindən hazırlanan siyahının üzərində son dəqiqləşdirmə işləri aparılır. ?Həmin siyahı hazır olan kimi bir başa cənab Prezident İlham Əliyevə ünvanlanacaq. Prezident əmin olmalıdır ki, onun müstəqil mətbuatın inkişafı üçün ayırdığı pullar əslində müstəqil mətbuatın inkişafına deyil, məmurların öz çirkili pullarını yumaq üçün saxladıqları, icitami rəyə heç bir təsir imkanı olmayan qəzatləri arasında bölüşdürülür?, - deyə Z.Xeyirxəbər əlavə edib. Azay Quliyevin ?yox? dediyi layihəyə Vüqar Səfərli ?hə? deyib Həmçinin o qeyd edib ki, Fondun qalib elan etdiyi layihələr arasında media ilə heç bir bağlılığı olmayan təkliflər də var. ?Əldə etdiyimiz məlumata görə, orada QHT-lərin İnkişafına Dövlət Dəstəyi Şurasının rədd etdiyi layihələri keçiriblər. Necə olur, qurumun biri tərəfindən rədd edilən layihə başqa bir qrum tərəfindən maliyyələşdirilir. Nədir burada maraq? Və yaxud da qalib elan edilmiş QHT-lər var ki, Media sahəsinə heç bir aidiyyatı yoxdur, eləcə də həmin layihələrin media ilə heç bir bağlılığı yoxdur. Bu faktların özü hansısa çirkli oyunların getdiyini təsdiq edir. Biz eyni zamanda həmin layihələrin maliyyələşdirilməsinin dayandırılmasını tələb edəcəyik. Layihələrə qiymət verən ekspertlərdən birinin dörd layihəsi qalib elan edilib. Nəyə əsasən? Bütün bunların izahatı tələb olunacaq Fonddan?, - deyə Xeyirxəbər vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR