KiV-ə Dəstək Fondunun rəhbərliyinin istefası tələb olundu

img

02-09-2009 [08:18]


Bir qrup KİV və ictimai təşkilat rəhbəri Azərbaycan Respublikasında fəaliyyət göstərən KİV-lərin və ictimai birliklərin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qanunsuzluqları və saxtakarlıqlarına etiraz əlaməti olaraq bəyanat imzalayıb. Bəyanatda deyilir: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin nəticələrinin açıqlanması zamanı aydın oldu ki, şəffaflıq və aşkarlıq prinsipləri gözlənilməyib. İlk olaraq, KİV-ə ayrılan qrantların məbləği və qalib gələn layihələrin adları açıqlanmayıb. Eyni zamanda layihələrin və qurumların rəhbərlərinin adları nədənsə gizlədilib. Əgər obyektiv qiymətləndirmə olardısa, dərhal bu barədə açıqlama verilməliydi. Necə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqədə qaliblərin təqdim etdiyi layihələrin adları və onlara verilən məbləğ ictimaiyyətə açıqlanmışdı. Digər tərəfdən müsabiqənin qaydalarının 3-cü bəndində göstərilir ki, müsabiqə elan olunan günədək son bir ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 1000 nüsxədən az olmayan qəzetlər müsabiqdə iştirak edə bilər. Halbuki qrant alan qəzetlərin bəzilərinin tirajı 500 ədəd və hətta 500-dən azdır. Elə qəzetlər var ki, son bir ildə nəşr olunmur, ya da kütləvi oxucu auditoriyasına çıxarılmır. Müsabiqədə qalib elan olunan bəzi QHT-lərin isə KİV-ə heç bir aidiyyatı yoxdur. Kağız üərində adları olan bu QHT-lər fonddakı bəzi məsul şəxlərin və ?ekspertlərin? nəzarətindədir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi isə bunu etməməklə prosesin şəffaflığını və aşkarlığını şübhə altına salır. Digər tərəfdən, fondun icraçı direktorunun qrant alanların siyahısında olan ?Trend? İnformasiya Agentlyinin redaksiyasında bu tədbiri keçirməsi tərəfsizlik prinsipinin gözlənilməməsinə əyani sübutdur. Qrantların daha çox fondun icraçı direktoruna və Müşahidə Şurası üzvlərinin nəzarət etdikləri və təsisçisi olduqları KİV-lərə və ictimai birliklərə verilməsi də proseslərin şəffaf olmadığını göstərir. Elə Müşahidə Şurasının üzvləri arasında nəticələrin ədalətli olmadığını deyərək, etiraz edənlərin olması da deyilənlərin təsdiqidir. Bu isə onu gösətrir ki, Fondun icraçı direktoru prezident İlham Əliyev tərəfindən ona həvalə edilən çox məsuliyyətli vəzifənin öhdəsindən gələ bilməmişdir və şəxsi maraqlarını dövlətin mətbuata qayğısından üstün tutmuşdur. Bu bəyanata imza atan KİV və ictimai birlik rəhbərləri də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlərini də mətbuata qarşı bu sayğısız münasibətə etirazlarını açıq şəkildə bildirməyə çağırırlar. Bizlər, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədrini isə proseslərə nəzarət etmək gücündə olmadığı üçün istefa verməyə çağırırıq. Çünki Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası icraçı direktorun təqdim etdiyi sənədləri təsdiqləməklə işini bitmiş saymamalı və ölkə başçısının göstərdiyi etimadı doğrultmalıdır. Hazırkı şəraitdə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri icra direktorun ədalətsiz qərarlarını tədiqləməklə ölkə başçısının onlara həvalə etdiyi mühüm ictimai vəzifəyə xəyanət etmiş olurlar. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icra direktoru isə öz işinin öhdəsindən gələ bilməməklə yanaşı, Azərbaycanda müstəqil mətbuatın inkişafına zərbə vurur. Biz bir daha Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktorunun nəzərə çatdırırıq ki, Fonda ayrılan onun şəxsi vəsaiti deyil və bu vəsaitlərin ölkə başçısının tapşırığı əsasında şəffaf formada xərclənməsinə məsuldur. Əks təqdirdə, o da qanun qarşısında cavab verməli olacaq. Ümid edirik, bu biabırçılıqdan sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri özündə cəsarət taparaq, ədalətli bölgüyə nəzarət edə bilmədiyi üçün tutduğu postdan istefa verəcəkdir. Onun bu addımı atmaması isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktorunun qanunsuz əməllərinə şəriklik kimi anlaşılacaqdır. Eyni zamanda ümid edirik ki, ölkə rəhbərliyi də bu prosesə müdaxilə edəcək və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan edilən şikayətlərin obyektiv araşdırılmasına şərait yaradacaqdır. Biz Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun qanunsuzluq və saxtakarlıqla keçirdiyi və qeyri-obyektiv nəticələrlə cəmiyyətə təqdim etdiyi bu müsabiqənin nəticələrinə görə, qalib elan edilən ciddi mətbuatın başbilənlərini də eyni dərəcədə səsimizə səs verməyə çağırırıq. Qanunsuzluq və saxtakarlıqlara etiraz etmək üçün daha bir tarixi şərait yaranıb və əminik ki, bu şəraitdən düzgün istifadə olunacaq. [b]Reportyor İnformasiya Agentliyinin rəhbəri Zülfüqar Xeyirxəbər[/b] [b]?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli[/b] [b]?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı[/b] [b]Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd[/b] [b]?Əks səda? Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova[/b] [b]?Yeni xəbər? qəzetinin baş redaktoru İlqar Salmanov[/b] Xüsusi qeyd: Bəyanata imza etmək istəyənlər onu hər zaman imzalaya bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR