KiV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərlinin qərarından narazıların sayı artır

img

02-09-2009 [03:34]


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun elan etdiyi müsabiqənin nəticələri ilə bağlı yaranmış narazılıq daha geniş miqyas almaqdadır. Mətbuat Şurasından və KİV-ə Dəstək Fondundan narazılardan biri də ?Müxalifət? qəzetinin baş redaktoru Rövşən Kəbirlidir. R.Kəbirli Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, ?Mətbuat günü?ndə 20 illik tarixi olan ?Müxalifət? qəzetinə qarşı mənfi münasibəti açıq-aşkar görmək olurdu. ?Mənfi münasibət, saymamazlıq ?Mətbuat günü?ndə bizə dəvətnamənin verilməməsi idi?. Baş redaktorun sözlərinə görə, bu saymamazlıqdan öz payını götürüb: ?Mən ?Mətbuat günü?nə qədər layihə hazırlamışdım və KİV-ə Dəstək Fonduna təqdim etmək fikrindəydim. Amma tədbirə gəlib, getdikdən sonra layihə təqdim etmək fikrindən daşındım. Çünki layihə versəm belə, heç bir əhəmiyyət kəsb etməyəcəkdi. Məni maraqlandıran burada adı çəkilən təşkilatlardır ki, həmin təşkilatların əksəriyyətini həmkarlarımın çoxu tanımır. Mənim fikrimcə, layihəsi keçmiş təşkilatların əksəriyyəti Vüqar Səfərlinin ?törətdiyi törəmə? təşkilatdır ki, məhz onlar layihədə ?qalib? oldular. Mən fikrimcə, bu, ədalətsizlikdir. Ən azından həftəlik çıxan bəzi qəzetlərin - ?Reytinq?, ?Xural?, ?Yeni xəbər?, ?Açıq fikir?, ?Vətəndaş həmrəyliyi?nin layihələri keçməliydi. Əgər bu, KİV-ə dövlət dəstəyidirsə, bu dəstək adıçəkilən qəzetlərə də verilməliydi. Amma belə görünür ki, bunlar özləri arasında özəl bir qurum yaradıblar, bu qurum isə kimlərinsə dolanşığı üçün mənbə rolunu oynayır. Dövlətin ayırdığı vəsait, neftdən gələn pullar, ?Azərmətbuatyayım?ın pulu ilə kifayətlənməyən Vüqar Səfərli üçün əlavə gəlir mənbəyidir. Çünki ?qalib? elan edilmiş təşkilatlara baxıram, bu təşkilatların əksəriyyətini çox az adam tanıyır. 20 illik jurnalistikada çalışan bir insan kimi bu təşkilatların əksəriyyətini mən də tanımıram. Mən yardılmış Mətbuat Şurasından deyil, üst qurum kimi yaradılan və pulu hesabına Mətbuat Şurasını ələ alan KİV-ə Dəstək Fondundan narazıyam?. Layihəsi Dəstək Fondu tərəfindən mənfi qiymətləndirilən ?İmpuls? qəzetinin baş redaktoru Mətanət Əliyeva isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, ?Mətbuat günü?ndə verilən mükafatı alan və layihəsi qalib elan edilən elə qəzetlərdir ki, onların pula ehtiyacı yoxdur: ?Həmin qəzetlər bəzi məmurların pulundan yararlanır və əlavə köməyə ehtiyacları yoxdur. Həmin qəzetləri demək olar ki, heç kim oxumur. Həmin qəzetlərin cəmiyyətin, demokratiyanın inkişafına, millətin maariflənməsinə heç bir köməyi yoxdur. Buna misal olaraq ?Mərkəz? qəzetinin adını çəkə bilərəm. ?Mərkəz? qəzeti Gülər Əhmədovanındır. Onu bilmək istərdim ki, onun qəzetini kim oxuyur, kimə lazımdır, Bunu bilmək mənə çox maraqlıdır?. M.Əliyeva deyib ki, həmin vəsait KİV-ə dəstək üçün ayrılsa da, bəzi şəxslər onu şəxsi vəsaitləri kimi xərcləyiblər: ?Mən belə işləri Vüqar Səfərliyə bağışlamayacağam. Vüqar Səfərliyə həmin vəsaiti ona görə veriblər ki, mətbuata dəstək verilsin. Amma bunun əksini görürük?.

Digər xəbərlər
SON XƏBƏRLƏR