Rəzad Məcid KiV-ə dövlət dəstəyi fondunun müsabiqəsinin nəticəsindən narazı qalıb: ?Ədalət prinsipi pozulub?

img

01-09-2009 [08:43]


?525-ci qəzet?in baş redaktoru Rəşad Məcid Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin nəticələrindən narazıdır. R.Məcid həm də fondun Müşahidə Şurasının üzvüdür. ?Media forum? saytına açıqlamasında baş redaktor bildirib ki, o, narazılığını Müşahidə Şurasının üzvü kimi deyil, fonda layihə təqdim edən mətbuat orqanının rəhbəri kimi ifadə edir: ?Hesab edirəm ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ilk müsabiqəsində ədalət prinsipi pozulub. Layihələrin bölüşdürülməsi ədalətli olmayıb. Hazırkı məqamda bundan artıq fikir söyləmək istəmirəm. Bir neçə məqam var. Mən indi sizə onlardan yalnız birini dedim. Bir neçə gündən sonra başqa məqamları da deyəcəm?. Ədalət prinsipinin təkcə ?525-ci qəzet?ə deyil, digər KİV-lərə münasibətdə də pozulduğunu vurğulayan R.Məcid Müşahidə Şurasının iclaslarında öz fikirlərini bildirdiyini söyləyib: ?Düzdür, biz hamımız icraçı direktorun təqdim etdiyi siyahıya səs verdik, amma isti-isti məsələləri tam doğru qiymətləndirmək olmur. İndi düşünürəm və belə qərara gəlmişəm ki, öz fikirlərimi bildirməliyəm. Hər halda mən də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi ilk müsabiqənin nəticələrindən narazı olanlar sırasındayam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR