RiA "qalib" KiV-lərin hansı dövlət məmurana məxsus olduğunu açıqlayacaq

img

01-09-2009 [08:43]


Reportyor İnformasiya Agenliyi (RİA) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bu il üçün KİV-lərə maliyyə dəstəyi müsabiqəsinin nəticələrinə etiraz olaraq Azərbaycan Respublikasının prezidentinə muracət edəcək. Bu barədə RİA-nın təsisiçsi Zülfüqr Xeyirxəbər açıqlama verib. O qeyd edib ki, RİA müsabiqəyə layihə təqdim etsə də, müəmmalı səbəblərdən layihə maliyyələşdirilməyib. Z.Xeyirxəbər, bunu RİA-nın müstəqil fəaliyyət göstərməsi və heç məmurdan asılı olmaması ilə izah edib. O, qeyd edib ki, prezidentə ünvanlanacaq müraciətdə müsabiqə zamanı pərdərxası məqmalara aydınlıq gətiriləcək. Z.Xeyixəbər həmçinin onu da qeyd edib ki, agentliyin forumunda fond tərəfindən qalib elan edilmiş mətbuat orqanlarının kimə məxsus olması dəqiqləşdirilir. Siyahı tam dəqiqləşdirilən kimi prezidentə ünvanlanacaq. ?Bu, bir başa prezidentin sərancamı ilə yaradılmış bir fondur. Fondun pullarının sağ cibdən sol cibə ötürülməsinə inanmıram ki, cənab İlham Əliyev göz yumsun?, - deyə Xeyirxəbər alavə edib. Xeyirxəbr onu da əlavə edib ki, layihə hazırlanan ərəfədə ona bir neçə dəfə məsləhət görüblər ki, büdcə 5 min AZN-dən yuxarı olmasın. ?Guya sınaq üçün bizə 5 minə qədər maliyyə yardımı ayırılacaqdılar ki, görsünlər özümüzü necə aparırıq. Amma biz heç bir sınaqla razılaşmadan müstəqil fəaliyyət göstərməyi seçdik və müstəqil jurnalistikanın inkişafı ilə bağlı layihə təqdim etdik. Bəzi məmurlara isə müstəqil mətbuat sərf eləmir, ona görə də bizim layihəni kənara atıblar?, - deyə təsisçi vurğulayıb. Zülfüqar Xeyirxəbər həmçinin qeyd edib ki, apellyasiya şikayətlərin də obyektiv baxılmaycağı təqdirdə aksiyalara başlayacaqlar. ?Bu elə bir aksiya olacaq ki, bu Azərbaycan hakimiyyətinə başucalığı gətirməyəcək. 12 ildir peşəkar jurnalistika ilə məşğul oluram. İl yarımdır ki, RİA-ya rəhbərlik edirəm. Bu müddət ərzində agentlik ölkədə və ölkədən kənərda müstəqil media kimi populyarlıq qazanıb. Mən bunu havadan demirəm. İnanmyanalara sübut edə bilərik ki, bu gün internet məkanında ən çox oxunan saytlardan biri məhz RİA-nın saytıdır. Ria.Az saytı gün ərzində 18-20 min dəfə ziyarət olunur. Belə bir agentliyin müsabiqədən kənarda saxlanılması sadəcə olaraq ədalətsizlikdir. Və bu bir daha sübut edir ki, Azərbaycan hakimiyyətinin medianın inkişafı ilə bağlı qəbul editdiyi qərar və sərncamlar gözdən pərdə asmaq üçündür?, - deyə Xeyirxəbər bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR