Mədəniyyət və Turizm Nazirliyi 172 saxta diplom azkarlayıb

img

01-09-2009 [08:33]


Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə respublikanın şəhər və rayon Uşaq Musiqi, İncəsənət və Rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçirilib. Modern.az saytının tədbirdə iştirak müxbiri xəbər verir ki, müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Elm və Təhsil Şöbəsinin müdiri Yaşar Əliyevin məruzəsi dinlənilib. Şöbə müdiri respublikanın şəhər və rayon Uşaq Musiqi, İncəsənət və Rəssamlıq məktəblərinin problemləri, nöqsanları haqqında məlumat verib.Yaşar Əliyev bildirib ki, Maliyyə Nazirliyi əməkdaşlarının apardığı yoxlamalar nəticəsində Balakən,Göranboy, Laçın, Ucar, Zaqatala və digər rayonların sözügedən məktəblərində ciddi maliyyə nöqsanları qeydə alınıb: ?Respublikanın şəhər və rayon Uşaq Musiqi ,İncəsənət və Rəssamlıq məktəblərində 172 saxta diplom aşkarlanıb. Həmin şəxslər haqqında Respublika Baş Prokurorluğunda cinayət işi açılıb. Təhsil Şöbəsinin müdiri onu da qeyd edib ki, məktəb direktorları və müəllimlər fəxri ad almaq üçün Prezidentə, Heydər Əliyev Fonduna birbaşa müraciət edirlər: ?Yaxşı olardı ki, həmin insanlar nazirliyin xətti ilə öz əməklərinin qiymətləndirilməsini həyata keçirsinlər. Nazirliyimiz fədakar mədəniyyət işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində mütəmadi işlər aparır?. Müşavirədə və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA