Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin saytı fəaliyyətə bazlayıb

img

01-09-2009 [08:17]


Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin layihəsi olan ?Modern.az? saytı bu gün fəaliyyətə başlayıb. Sayt Azərbaycanda, dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir. Saytın baş redaktoru Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, redaktor isə Əfqan Qafarlıdır. E. Eyvazlı Müstəqil İnformasiya Agentliyinə bildirib ki, QHT-lər, gənclər sektoru, mediyaya dair xüsusi layihələr həyata keçirəcəklər. Modern.az kollektivinin üzvlərinə gəlincə, baş redaktor bildirib ki, onlar daha gənclərlə işləməyə üstünlük verəcəklər. ?Bu sırada Bakı Dövlət universitetinin ?Beynəlxalq münasibətlər və beynəlxalq hüquq? fakültəsinin III kurs tələbəsi Kəmalə Aloyeva, Jurnalistika fakültəsinin III kurs tələbəsi Günay Musayevin adını xüsusilə qeyd etməkl istərdim. Belə gənclərlə işləmək çox xoşdur. Gənclərin həm enerjisi çoxdur, həm də əlaqələri genişdir. Bundan başqa bu gənclərin işə həvəsi yetərincədir ki, bu da saytımızın perspektivində bizdə əminlik yaradır?. E. Eyvazlı sonda onu da əlavə etdi ki, ?525-ci qəzet?in baş redaktoru Rəşad Məcidin də saytımızın ərsəyə gəlməsində böyük xidmətləri var.

Digər xəbərlər
SON XƏBƏRLƏR