Deputat Gültəkin Hacıbəyli qəzet açıb

img

01-09-2009 [07:13]


[b]Tbilisidə işıq üzü görən qəzet ermənilərin kompakt yaşadığı ərazidə fəaliyyət göstərir[/b] Millət vəkili Gültəkin Hacıbəyli Gürcüstanın paytaxtı Tbilisi şəhərində ?Varlıq? adlı qəzet açıb. Bu barədə Modern.az saytı qəzetin baş redaktoru Rafiq Hümmətə istinadən məlumat yayıb. Onun sözlərinə görə Tbilisi türk ədəbi-ictimai-mədəni həyatında olduqca çox böyük rola malik bir şəhərdir: ?Ona görə də hesab edirik ki, burada çox ciddi bir mətbu orqan olmalıdır. Azərbaycan Milli Məclisinin üzvü Gültəkin Hacıbəyli bu ilin əvvəllərində Gürcüstana gəlmişdi. Məlum oldu ki, fikirlərimiz üst-üstə düşür və o, Tbilisidə belə bir qəzetin fəaliyyət göstərməsində maraqlıdır. Sağ olsun, Gültəkin xanımın dəstəyi ilə ?Varlıq? qəzeti fəaliyyətə başlayıb. Hazırda xanım deputat yaradıjılıq məsələlərinə müdaxilə etmir. Soydaşlarımızın qəzetə marağı böyükdür?. Qəzetin redaksiyasının Tbilisinin ilk xəstəxanalarından olan Aramyan adına xəstəxana yaxınlığında yerləşdiyini qeyd edən baş redaktor əlavə edib ki, bura əsasən ermənilərin kompakt şəkildə yaşadığı bir bölgədir: ?Bununla belə, artıq Gürcüstanda, o cümlədən Tiflisdə dövlət, hüquq-mühafizə orqanları oturuşub, yəni, təhlükəsizlik baxımıdan elə bir problemimiz yoxdur. Biz hamımız Gürcüstan vətəndaşlarıyıq və bu ölkənin istənilən yerində Gürcüstan qanunları çərçivəsində işləyib fəaliyyət göstərmək hüququna malikik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR