?Doktrina? Jurnalistlərin Hərbi Arazdırmalar Mərkəzinin rəhbəri müsabiqənin nəticələrindən narazıdır

img

01-09-2009 [06:49]


?Doktrina? Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli də narazılar sırasındadır. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən C.Sümərinli bildirdi ki, rəhbərlik etdiyi təşkilat tərəfindən hazırlanmış və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ilk müsabiqəsinə təqdim olunmuş layihə güc strukturları və media arasına münasibətlərin normallaşması istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. ?Hazırkı məqamda, xüsusilə də Müdafiə Nazirliyi ilə KİV arasında gərginliyin mövcud olduğu bir dönəmdə bu layihənin həyata keçirilməsinin yeri görünür?, - deyən C.Sümərinlinin fikrincə, o da keçirilən müsabiqədə ədalət prinsipinin pozulduğu qənaətindədir. ?Qalib gələnlərin siyahısında mənim və bir çox jurnalist həmkarlarımın tanımadığı və yaxud da fəaliyyəti olmayan, ictimai rəyə təsir etməyən qəzet və təşkilatlar da var. Onlar hansı kriteriyalar əsasında qalib elan olunub ? bu müəmmalıdır? deyən C.Sümərinlinin sözlərinə görə, müsabiqənin nəticələrinin şəffaf olmaması ? qalib elan edilmiş layihələrin adlarının və onlara ayrılmış vəsaitin miqdarının aşqılanmaması şübhə doğurur.

Digər xəbərlər
SON XƏBƏRLƏR