Filarmoniyada klassik musiqi gecəsi keçiriləcək

img

01-09-2009 [05:15]


Azərbaycan Dövlət Filarmoniyasında klassik musiqi gecəsi düzənlənəcək. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı Filarmoniyanın musiqi şöbəsindən Zəkəriyyə Ayla verib. Deyib ki, hazırda Filarmoniyanın mövsüm açılışına hazırlıqlar gedir. Bu mövsümdə səhnəyə ilk olaraq solist Emil Əfrasiyab çıxacaq. Konsert sentyabrın 11-də baş tutacaq. Gecə iki hissədən ibarət olacaq. Birinci hissədə klassik musiqi, ikinci hissədə isə cazla müxtəlif janrların sintezindən ibarət musiqilər səslənəcək. Qeyd edək ki, konsertdə E.Əfrasiyabı dirijor Fəxrəddin Kərimov və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA