KiV-in inkizafına Dəstək Fondunun qərarı narazılıq yaratdı

img

01-09-2009 [02:44]


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə bu gün yekun vurulsa da, müsabiqənin nəticələri narazılığa səbəb olub. Təqdim etdiyi layihə müsabiqənin qalibləri sırasında olmayan ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Fondun qərarından apellyasiya şikayəti verəcəklərini bildirib. Onun sözlərinə görə, ölkə mətbuatında bu məsələlərin pərdəarxası məqamlarını yayınlamağa çalışacaqlar: ?Biz elə belə də gözləyirdik. Çalışacayıq ki, rəhbərlik etdiyimiz qəzet də daxil olmaqla, bütün həftəlik qəzetlər bu tipli siyahılardan kənarda qalmasın. Mübarizəmiz bütün şiddəti ilə davam edəcək. Necə olur ki, həftədə 80-90 faiz nüsxəsi geri qayıdan qəzetlərin layihələri müsabiqədən keçir, amma yüksək tirajlı qəzetlərin layihələri keçmir?! Görünür, Fondda Azərbaycanın mətbuat siyasəti ilə məşğul olan şəxslər də bizim daim mübarizədə olmağımızı arzulayırlar. Mənə bir neçə dəfə demişdilər ki, Fondun rəhbərliyi ilə danışmaq lazımdır və rəhbərliyə müəyyən məbləğ vəd olunmalıdır. Deyilənlərə əsla inanmırdım. Amma görünür, yayılan bu xəbərlər həqiqətə uyğundur. Çünki layihəmiz kifayət qədər samballı, qüsursuz hazırlanmış və lazım olan bütün tələbatlara cavab verirdi. Eşitdiyimə görə, Fondun rəhbərliyi də layihəni bəyənmişdi. Milli Mətbuat günündə prezidentin birdəfəlik yardımından sonra rəhbərlik bu müsabiqədə həftəlik qəzetlərə diqqət ayıracağını bildirmişdi. Məndə olan məlumata görə, ?Xural?, ?Reytinq? və ?Alma? qəzetlərinin layihələri qəbul olunmuşdu. Görünür, son anda həqiqi müstəqil mətbuata yardım ayırmaq fikrindən daşınıblar?. ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Fondun qərarından hədsiz dərəcədə narazı olduqlarını deyərək, Fondun rəhbərliyi tərəfindən ayrı-seçkiliyə yol verildiyini bildirdi: ?Təəssüf ki, bu ayrı-seçkilik ən böyük zərbəni müstəqil mətbuata vurdu. Hətta, fondun qalib elan etdiyi bir neçə mətbu orqan müntəzəm fəaliyyət göstərmədiyi halda, onlara etimad göstərilib. Biz müsabiqənin qalibi elan edilmiş mətbu orqanları təbrik etməklə yanaşı, Fondun ədalətsiz qərarına qarşı mübarizəmizi davam etdirəcəyik. Çünki bizim təqdim etdiyimiz layihə kifayət qədər mükəmməl idi və onun müsabiqənin qalibləri sırasından kənarda saxlanılması yalnız bizə qarşı olan qərəzli münasibətin nəticəsində mümkün idi?. Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd də Fondun elan etdiyi nəticələrdən narazıdır. Onun sözlərinə görə, müsabiqədə heç bir prinsip gözlənilməyib: ?Fondun elan etdiyi nəticə müstəqil mediaya vurulan növbəti zərbədir. Ən əsası odur ki, bu müsabiqədə ədalət prinsipi pozulub. Layihədə qalib elan olunan KİV-lərin bir qismi yalnız Fond rəhbərliyinə yaxın olduğu üçün qalib elan ediliblər. Hesab edirəm ki, Fond rəhbərliyi onlara göstərilən etimaddan sui-istifadə edərək, ədalətsiz qərar verib. Müstəqil İnformasiya Agentliyinin layihəsi olduğqca dolğun layihə idi. Amma görünən odur ki, müsabiqə layihələrin nə qədər önəmli və dolğun olmasına görə deyil, kimə yaxın olması prinsipi ilə keçirilib. Bu səbəbdən də düşünürəm ki, müsabiqənin nəticələri obyektiv deyil. KİV-ə ayrılan qrantların məbləği və qalib gələn layihələrin adlarının açıqlanmaması prosesin şəffaflığını şübhə altına salır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR