KiV-ə Dəstək Fondu maliyyə dəstəyi müsabiqəsinin nəticələrini açıqlayıb

img

01-09-2009 [01:06]


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu il üçün KİV-lərə maliyyə dəstəyi müsabiqəsinin nəticələrini açıqlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sözügüdən fondun icraçı direktoru Vüqar Səfərli "Trend" İnformasiya Agentliyinin konfrans zalinda bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu il iyunun 1-də elan olunan müsabiqəyə 112 layihə təqdim olunub. İlin araşdırma zamanı 25 layihə ilə bağlı lazım olan sənədlərin təqdim edilmədiyi məlum olub. Ekspertlərə qiymətləndirmək üçün 87 layihə təqdim edilib. Qiymətləndirmədə 12 ekspert iştirak edib. Hər layihəyə 3 ekspert qiymət verib. 14 layihə zəruri keçid balını toplaya bilməyib. 17 layihə isə öz istiqamətlərində digər layihələrdən az bal topladığı üçün qalib elan olunmayıb. Beləliklə, təqdim olunan 55 layihə müsabiqənin qalibi olub. Onlardan 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı, 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir. Fondun icraçı direktoru onu da vurğulayıb ki, müsabiqənin nəticələrindən narazı qalanlar sentyabrın 5-nə kimi apellyasiya şikayəti verə bilərlər. Müsabiqədə qalib gəlmiş KİV-in tam siyahısı belədir: 1. "Ədalət" qəzeti 2. "Azadlıq" qəzeti 3. "Bakı-xəbər" qəzeti 4. "Xalq cəbhəsi" qəzeti 5. "Səs" qəzeti 6. "Kaspi" qəzeti 7. "525-ci qəzet" 8. "Olaylar" qəzeti 9. "Azad Azərbaycan" qəzeti 10. "Palitra" qəzeti 11. "AzərNews" qəzeti 12. "Novoye vremya" qəzeti 13. "Ülfət" qəzeti 14. "Şərq" qəzeti 15. "Üç nöqtə" qəzeti 16. "Paritet" qəzeti 17. "Mövqe" qəzeti 18. "Yeni Azərbaycan" qəzeti 19. "Bizim yol" qəzeti 20. "Oxu məni" qəzeti 21. "Hərbi and" qəzeti 22. "Addım" qəzeti 23. "Futbol+Qol" qəzeti 24. "Mərkəz" qəzeti 25. "Proqnoz" qəzeti 26. "Vətən uğrunda" qəzeti 27. "Paralel" qəzeti 28. "Yeni Müsavat" qəzeti 29. "Həftə içi" qəzeti 30. "Təzadlar" qəzeti 31. "Trend" İnformasiya Agentliyi 32. "ASSA-İradə" İnformasiya Agentliyi 33. "The First News" İnformasiya Agentliyi 34. "Olaylar" İnformasiya Agentliyi 35. "Azadinform" İnformasiya Agentliyi 36. "Azəri Press" İnformasiya Agentliyi 37. "Səs" İnformasiya Agentliyi 38. "Beynəlxalq Avrasiya Mətbuat Fondu" 39. "RUH" Azərbaycan Jurnalistləri Komitəsi 40. "Yeni fikir" Jurnalist Həmrəyliyi İctimai Birliyi 41. "Müstəqil Araşdırmaçı Jurnalistlər" Liqası 42. "Azərbaycan Müstəqil Jurnalistlər" Liqası 43. Azərbaycan Mətbuat Şurası 44. "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi 45. "Jurnalist Qadınlar" Assosiasiyası 46. "Tərəfsiz Jurnalistlər" İctimai Birliyi 47. Jurnalistlərin Həmkarlar İttifaqı 48. Azərbaycan Jurnalistlər Birliyi 49. "Azərbaycan Demokratik Jurnalistlər" Liqası 50. "Polisə Dəstək" İctimai Birliyi 51. "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi 52. "İctimaiyyətlə Əlaqələrin İnkişafı" İctimai Birliyi 53. "Sən Tək Deyilsən" İctimai Birliyi 54. "Müstəqil Hüquq Mərkəzi" İctimai Birliyi 55. "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyi

Digər xəbərlər
SON XƏBƏRLƏR