ANS Şirkətlər Qrupunun əməkdazları yol qəzasına düzüblər

img

31-08-2009 [11:48]


[b]Vahid Mustafayev Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb[/b] ANS Şirkətlər Qrupunun əməkdaşları yol qəzasına düşüblər. Hadisə dünən təqribən saat 19.00 radələrində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Şəki şəhərində Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş konsertdən Bakıya qayıdan ?Hundai? markalı mikroavtobusun qabaq təkəri partlayıb. Nəticədə avtomobil bir neçə dəfə aşıb. Avtomobildə sürücüdən başqa, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Şirkətlər Qrupunun prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov, şirkətin əməkdaşı Yuri Stepanoviç, ANS-in nəzdində fəaliyyət göstərən Nara Moda Evinin direktoru Renara Şəmsiyeva olıb. Hadisə yerinə ilk olaraq arxadan gələn Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev çatıb və dərhal təcili yardım çağırılıb. Qəza nəticəsində xəsarət alan V.Mustafayev Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti stabil normaldır.

Digər xəbərlər
SON XƏBƏRLƏR