ATƏT Azərbaycanda mətbuatın inkizafı ilə bağlı layihələr həyata keçirəcək

img

30-08-2009 [06:23]


ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Əli Bilge Cankorel jurnalistlərlə müsahibəsində təmsil etdiyi beynəlxalq təşkilatın Azərbaycanda bir sıra mühüm layihələr həyata keçirmək niyyətində olduğunu açıqlayıb. Diplomat vurğulayıb ki, bu layihələrdən biri ölkədə gender bərabərliyinə nail olunması sahəsində tədbirləri əhatə edəcəkdir. Bu layihədə əsas diqqət hüquq-mühafizə, o cümlədən polis orqanlarında qadınların sayının artırılmasına yönəldiləcəkdir. Əli Bilge Cankorel reallaşdırılması nəzərdə tutulan digər bir əhəmiyyətli layihənin Azərbaycanda mətbuatın inkişafı ilə bağlı olacağını söyləyib: "Həmin layihədə ölkənin ali təhsil müəssisələrindəki jurnalistika fakültələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlərdən tutmuş dövlət orqanları ilə media arasında münasibətlərin sivil metodlarla inkişafınadək geniş spektrli məsələlər öz əksini tapacaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR