KiV-lərlə bağlı monitorinqin nəticələri oktyabrda açıqlanacaq

img

28-08-2009 [04:13]


?Kütləvi İnformasiya Vasitələri üzərində keçirilən monitorinqlərin nəticələri artıq acıqlanıb. Amma Mətbuat Şurası layihə olmadan da, belə monitorinqləri davam etdirir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə sözügedən qurumun KİV-lərin peşə etikasına necə əməl etməsilə bağlı keçirdiyi monitorinqlərə münasibət bildirərkən deyib. R.Hüseynzadə onu da bildirib ki, monitorinqlər il boyu diqqət mərkəzində olan məsələdir: ?KİV-də peşə etikası qaydalarının gözlənilməsinə dair aparılan növbəti monitorinqin nəticələri oktyabr ayında məlum olacaq?. R.Hüseynzadənin sözlərinə görə, peşə etikasını pozan istənilən mətbu orqana Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilir: ?Hazırda xəbərdarlıq edilən iki ?reket? qəzet var. Onlara xəbərdarlıq edilib ki, Mətbuat Şurasının ?qara? siyahısındadırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR