Baloğlan Əzrəfov: ?Teymur Əmrah yadına salsın ki, bir vaxtlar mənə nəyə görə yalvarıb?

img

27-08-2009 [06:34]


Müğənni-pedaqoq Teymur Əmrah Azərbaycan dinləyicilərinin zövqsüzlüyündən danışarkən, əksəriyyətin zövqsüz olduğunu bildirib. Hətta o, ?Dinləyicilərin 70 faizi Baloğlan Əşrəfovdur? deyərək, həmkarının da bostanına daş atıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Baloğlan Əşrəfov həmkarını cavabsız buraxmayab: ?Əmrahdı da, Teymurdu da danışır. Əgər xalqın 70 faizi məni dəstəkləyirsə, deməli, sevilirəm. Bu, Allahın qismətidir, Baloğlana verilən nemətdir. 70 faizin özü böyük şeydi. Prezident seçkilərində də qalib 70 faiz səs toplayır. Azərbaycan dinləyicilərinin 70 faizi mənə aiddirsə, burada pis nə var. Allah Teymur Əmraha heç olmasa, 20 faiz dinləyici qismət eləsin. Qoy, Allah onu da sevdirsin?. Zövqsüzlük ittihamlara gəlincə, Baloğlan Əşrəfov deyib ki, o, bu cür qeyri-ciddi məsələlərə münasibət bildirmək istəmir, sənətlə məşğuldur: ?Teymur Əmrah zərrə qədər məni maraqlandırmır. Nə deyir, özü bilər. Ona xatırladıram ki, bir vaxtlar mənə nəyə görə yalvarıb, məndən nə istəyib, nə alıb ona vermişəm. Onları onun yadına salsam, ona baha başa gələr?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA